Böyükağa Hacıyev: "İnter” üç xal itirmədi, 1 xal qazandı"

19.02.2014 | 5233 dəfə oxunub

Topaz Premyer Liqasının 22-ci turunda baş tutmuş paytaxt derbisində “Neftçi” ən yaxın izləyicisi “İnter”i qəbul etdi. Stadium.az xəbər verir ki, qonaqlar iki dəfə hesabda irəli çıxsalar da, tərəflər yekunda hərəyə bir xal qazandı – 2:2. Oyundan sonra "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev paytaxt derbisini belə dəyərləndirib: “Gərgin oyun oldu, hesabda iki dəfə geri olsaq da, heç-heçə etdik. Müdafiəçilərin cəzalı olması oyunumuza təsir etdi. Elvin Yunuszadə, Tərlan Quliyev və Denis Silvanın oyunu məni qane etmədi. 11 metrlik cərimə zərbəsi verilirsə, vərəqə də verilməli idi. Bir sıra legionerlərin oyunu məni qane etmədi. Üç əvəzetmənin hamısı özünü doğrultdu. İrəlidə 14 oyun var, aradakı xal fərqini azaltmağa çalışacağıq. İki standard vəziyyətdən qol buraxdıq. Saşa Stamenkoviç hər iki topu götürməli idi. Buraxılan qollarda müdafiəçilərin də günahı var idi. “İnter”in sonuncu dəfə “Neftçi”ni nə vaxt məğlub etdiyi yadıma gəlmir. Ona görə də, “İnter” üç xal itirmədi, 1 xal qazandı”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail