"Qarabağ"ın "Linkoln"la görüşdə bu qədər zəif oynayacağını düşünmürdüm" - MÜSAHİBƏ

15.07.2023 | 799 dəfə oxunub

"Qarabağ"ın veteran kapitanı Aslan Kərimov Sportal.az saytına müsahibə verib. O, Ağdam klubunun Çempionlar Liqasının birinci təsnifat mərhələsindəki çıxışını dəyərləndirib.

- "Qarabağ" "Linkoln"la matçda qələbə qazanmağı bacardı. Amma sanki çətin alındı. Belə olacağını ehtimal edirdiniz?

- Belə çətin olacağını gözləmirdim. Düzdü, "Linkoln"un "Qarabağ"a çətinlik yaradacağını ehtimal edirdim. Amma bu dərəcədə olacağını düşünmürdüm. Fikirləşmirəm ki, "Linkoln" çox yaxşı oyun nümayiş etdirdi. Birinci hissədə "Qarabağ" çox zəif görünürdü. Heç nə alınmırdı, hərəkət o qədər də yox idi. Sözsüz ki, bunun səbəbləri də var. Toplanışdan hələ hazır gəlməyiblər, ilk oyun idi. Üstəlik, süni meydançaydı. Bütün bunların hamısı ona gətirib çıxardırdı ki, "Qarabağ" zəif oyun nümayiş etdirəcək. Həyəcan təbili də oldu. Çempionumuz rəqibin əks-hücumlarına çox da hazır olmurdu. Zaman-zaman bəzi oyunlarda bunu yaxşı edirdilər. Amma bu oyunda 2-3 qol imkanı verdilər. Düzü, "Qarabağ"ın bu qədər zəif oynayacağını düşünmürdüm. Zəif deməyim, əslində, taktiki gedişlər var idi. Amma hərəkətlilik çox az idi.

Bir də, Qara Qarayevin oynamaması mənim üçün bir az təəccüblü oldu. Bilmirəm, 90 dəqiqə oynamaq iqtidarında deyildi, bəlkə də, hazırlıq dövrünü yaxşı keçməyib. Səbəblərindən xəbərim yoxdur. Ancaq düşünürəm ki, Qara ilk dəqiqələrdən oynaya bilərdi. Rəqib üçün təhlükəli pasları verə bilən oyunçudur. Yasin Benzianın vurduğu qolda verdiyi ötürməni qeyd edə bilərik. Bu oyunda təəccübləndirən məsələrdən biri Qaranın ehtiyatda oturması idi. 

- İlk oyundan gördüyünüz qədərilə "Qarabağ" avrokuboklara nə qədər hazırdır?  

- Faizlə demək bir az çətindir. Birinci oyunu göstərmiş olsalar, bu, 50-60 faiz deməkdir. Bu da çox azdır. Məncə, üzərinə hələ də çox qoymalıdılar. Çünki Cəbəllütariq çempionu ÇL-də çox aşağı səviyyədə çıxış edən komandadır. Növbəti rəqiblər çox çətin olacaq. İlk hissədəki oyunu nümayiş etdirəsi olsalar, çox çətin olacaq. Ümumi hərəkətliliyə baxsaq, "Qarabağ" 50-60 faiz hazırdı. Hardasa, 40-50 faiz hazır deyil. 

- Bakıda "Linkoln" "Qarabağ"a problem yarada bilər? Cavab matçı haqda fikriniz necədir?

- Düşünmürəm ki, "Linkoln" Bakıda "Qarabağ"a problem yarada bilsin. Konfrans Kiqasının qrupunda oynadıqlarına görə, "Linkoln"u daha güclü hesab edirdim. Bəzi oyunçuları var ki, həqiqətən də "Qarabağ"a problem yarada bilər. Əsasən də, əks-hücumları təhlükəki olur. "Qarabağ" qələbə qolunu vura bilməsəydi, onda çətinlik yaranardı. Amma 2:1 hesablı qələbədən sonra Bakıda "Qarabağ" üçün problem olası deyil.  

- "Qarabağ" üçün avrokubokların ilk oyunu hər zaman  çətin alınır. Ötən mövsümkü “Lex”ə qarşı matçla müqayisədə “Qarabağ” "Linkoln"a qarşı daha yaxşı oynadı, ya ötən mövsümün ilk matçını daha yaxşı keçirmişdilər?

- Ötən mövsümün birinci oyunu ilə müqayisədə, daha zəif çıxış etdilər. Bu, subyektiv fikrimdir. Kəmiyyəti, keyfiyyəti yoxlaya bilərik. Kəmiyyət baxımından bir söz deyə bilmirəm. Çünki hər oyunçunun ümumi qaçış məsafəsi, yüksək intensivlik olan qaçışların rəqəmləri məndə yoxdur. Bunu komandanın özündə müqayisə etdikdə, dərhal biləcəklər. Çünki "Lex"lə oyundakı rəqəmlər bazada var. Məncə, "Qarabağ" keçən il ilk oyunda daha aktiv idi, nəinki bu dəfə. 

- Nəriman Axundzadə barədə fikriniz necədir? "Linkoln"la görüşdə iki qol epizodu var idi. Əsas heyətdə oynamağa davam edə biləcək? 

Nəriman haqda fikrim xoşdur. Keçən U-21 yığmasının Antalyadakı toplanışında olarkən, Nərimanı yaxından izlədim. Gənc və perspektivli oyunçudur. Artırası olsa, hücumçu kimi daha böyük nəticə əldə edə bilər. Əslində, Nəriman sivri ucda oynayan tipdir. Amma "Linkoln"la görüşdə cinahlardan ortaya girirdi. Özünü göstərə bildi. Təcrübəsi olmadığını gördük. Qol imkanı yaradıb, onları reallaşdıra bilmirsənsə, psixoloji olaraq basqı altına düşürsən. Əgər Qurban Qurbanov ona mütəmadi şans verəsi olsa, bu sezon Nəriman özü də parlaya bilər. Artıq Çempionlar Liqasının qruplarına yaxınlaşdıqca, Qurban Qurbanov legioner hücumçuya daha çox üstünlük verəcək. Mənə elə gəlir. Amma bilmirəm. Hər halda, belə gənclərə şans vermək, hər zaman bəyəniləndir. Bu cür futbolçuları oynatmaq millinin mənafeyi üçün də atılmış addımdır.

- "Qarabağ"ın hazırkı heyəti ÇL-də qruplara düşməyə imkan verir?

- Kevin Medina da düşərgəni tərk edəsi olsa, məncə, bu heyət Çempionlar Liqasına hazır heyət deyil. Bəlkə də, ötən mövsümkü heyət indikindən daha güclü idi. Amma hər oyunçu potensialını aça bilər və bu heyətlə də qrupa düşmək mümkündür. Yalnız şansa bağlıdır. Demək olmaz ki, bu heyətlə "Qarabağ"ın ÇL-in qrupuna düşmək şansı yoxdur. Təbii ki, var. Oyun təcrübələri, oyun strukturları, üstəlik reytinq məsələsi bizə imkan verir ki, "Qarabağ" nisbətən zəif rəqiblə qarşılaşsın. Axırda özünə bab olan rəqiblə oynayacaq. Pley-off mərhələsində bu heyətlə də, qələbə qazana bilər. Amma ümumi götürəsi olsaq, ÇL-in qrupu üçün heyət deyil. Medina da getsə, mərkəz müdafiəçisinin gəlməsi mütləqdir. Bir də, təbii ki, sivri ucda hücumçuya ehtiyac var. Yəqin bunu demək üçün mütəxəssis olmağa ehtiyac yoxdur.

Mirbağırağa



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail