Qurban Qurbanov: "Oyunumuzdan tam razı qalmadım"

27.04.2014 | 3311 dəfə oxunub

Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 32-ci turunda "Neftçi" ilə bərabərə qaldıqları oyunu (1:1) şərh edib. Stadium.az xəbər verir ki, o, futbolçuların bir-birinə qarşı sərt oynadığını deyib:

"Daha çox qayda pozuntuları və mübarizə ilə yadda qalan maraqlı oyun oldu. Futbolçular bir-birinə qarşı sərt idi, matçın sonlarına yaxın bir az sakitləşdilər. Mövsümün sonudur, futbolçularda gərginlik var. Nəticəni normal sayıram".

Qurbanov bir daha qeyd edib ki, çempionluq haqda danışmaq hələ tezdir: "Bizi vaxtından əvvəl çempionluqla təbrik edirdilər. Bu oyun bizim üçün siqnal oldu, tələsmək lazım deyil. Qarşıda dörd oyunumuz var, hər bir rəqib bizim üçün çətindir. Çempionatda sizi daha maraqlı oyunlar gözləyir".

Baş məşqçi komandasının oyunundan razı qalmadığını da söyləyib: "Futbolçulara demişdim ki, soyuqqanlı olmalıyıq. Oyunumuzdan tam razı qalmadım, rəqibin pressinq tətbiq edəcəyini bilirdim”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail