“Şahdağ”ın kapitanı: “Prezident İlham Əliyevdən xahiş edirəm ki, bizim şəhərdə kiçik bir stadion tikdirsin” - MÜSAHİBƏ

10.02.2015 | 3781 dəfə oxunub

Azərbaycanın əsas çemponatı Premyer Liqada qış fasiləsi başa çatsa da, I Divizionun 2-ci  dövrəsi hələ start götürməyib. PFL-in prezidenti Ramin Musayevin gələn mövsümdən ölkə çempionatında 12 komandanın mübarizə aparacağını söyləməsi, aşağı divizion təmsilçilərinihəyəcanlandırıb”. Klublardan bəziləri təlim-məşq toplanışı keçmək üçün xaricə, bəziləri isə ölkənin kurort zonalarına üz tutub. Turizmin ən çox inkişaf etdiyi şəhərlərdən olan Qusar rayonununŞahdağklubu da 2-ci dövrəyə ciddi hazırlaşır. Qış ayları olduğundan komandanın istifadə etdiyi Şövkət Orduxanov adını stadion yararsız vəziyyətdədir. Bu səbəbdənŞahdağtəlim-məşq prosesinin ilk dövrəsini doğma rayonda ancaq fiziki hazırlıq keçməklə kifayətləndi. Hazırda Mingəçevirdə təlim-məşq toplanışında olan Qusar təmsilçisinin kapitanı İsabala İsrafilovla əlaqə yaradıb komandanı hazırlıq prosesi barədə söhbət etdik.

Komanda 2-ci dövrəyə necə hazırlaşır?

Birinci mərhələni doğma şəhərimizdə keçdik. Əsasən fiziki hazırlıqlara üstünlük verdik. Fevralın 17-ə kimi isə Mingəçevirdə təlim-məşq toplanışında olacaq. Əsas hədəf ərsəyə komplektləşmiş, mübariz bir komanda gətirməkdir.

Toplanış çərçivəsində bir sıra yoxlama oyunları keçirdiniz. Hansı çatışmazlıqlar ortaya çıxdı?

Yoxlama oyunlarının komandaya çox köməyi olur. Əsas da məşqçimizin əsas heyətdə şans vermədiyi futbolçuları sınayaraq komandanı formalaşdırmasıdır. Bu qarşılaşmalar həm gücümüzü artırmağa səbəb olur. Çünki, ən güclü futbolçular belə məşqlər edərək fiziki texniki formalarını qorumağa çalışırlar.

Komandada maliyyə problemi varmı? Maaşlar gecikmir ki?

Futbolçunu əsas vəzifəsi meydana çıxıb, mübarizə aparmaqdır. Əgər futbolçu gözəl oyun göstərsə, nəticə versə, o zaman da pulunu vaxtı-vaxtında alacaq. Zəhmət çəkməlisən ki, bəhrəsini görəsənBizim komanda da maliyyə problemi yoxdur. Maaşlarımız vaxtında verilir.

Son 2 mövsümdür ki, komandada ən çox ümid bəslənən futbolçu sən hesab olunursan...

Çalışıram ki, mənə bəslənən ümidləri doğruldum. Ola bilər ki, futbolçu bir müddət yaxşı oynasın. Həmişə istəlinən səviyyədə olmalısan. Həmişə öz oyunumla əsas heyətdə oynaya biləcək səviyyədə olduğumu sübut etməyə çalışmışam.

Keçən il ciddi zədə almışdın. İndi özünü necə hiss edirsən?

Hər iki ayağımda ağrılar var idi. Müalicə olundum, keçib getdi. Şükür Allaha, hər şey yaxşıdır. Zədəmi sağaltmağımda klub rəsmiləri ilə yanaşı, yığma komandanın həkiminin mənə çox köməyi dəydi. Onlara təşəkkürümü bildirirəm.

Komanda yoldaşların ümid edirlər ki, mövsümü ilküçlük tamamlayacaqsınız. Kapitan olaraq onlara güvənirsən?

Artıq uzun illərdir ki, komandada çıxış edirəm. “Şahdağda əvvəllər yığma komandada çıxış edən futbolçular var idi. İndi aşağı yaşlı yığmalara dəvət alan futbolçularımız var. U-17 U-19 komandalarında oynaya biləcək futbolçular bizim komandanın uğurları üçün mübarizə aparırlar. Əsas hədəfimiz yerli futbolçuları, Qusardan, Xaçmazdan, Xudatdan olan gəncləri digər klubların diqqətinə çatdırmaqdır. Əgər komanda yoldaşlarım hədəf olaraq ilküçlüyü düşünürlərsə, mən onların fikirlərinə hörmət edirəm. Bu hədəfi gerəkləşdirmək üçün əlimizdən gələni etməyə hazırıq.

Ötən mövsüm 2 komanda yoldaşın Şahruddin Məhəmmədəliyev Sərxan Ağayev başqa komandalara transfer olundu. Səninlə maraqlanan komandalar varmı?

Əslində maraqlanan komanda çoxdur. Amma hamısı divizion klublarıdır. Gəlin açıq danışaq. Hazırda birinci diviziona maraq azdır. Çempionatda 20 qolla bombardir olan futbolçuya maraq göstərmirlərBu səbəbdənŞahdağda qalmağa üstünlük verirəm. Lakin Premyer Liqa klublarından hansısa klub mənimlə maraqlansa, təklifi dəyərləndirərəm.

PFL prezidenti Ramin Musayev açıqlama verib ki, gələn mövsüm Premyer Liqada 12 komanda mübarizə aparacaq. Səncə, yüksək liqaya vəsiqə qazanan 3 komandadan biriŞahdağola bilərmi?

Çox istəyərdik ki, “Şahdağda Premyer Liqada mübarizə aparsın. Ümumiyyətlə, tək biz qusarlılar yox, Xaçmaz, Quba, Xudatda bizi dəstəkləyən azarkeşlər bu bölgəni təmsil edən bir komandanın ölkə çempionatda mübarizə aparmasını arzu edirlər. Amma hər kəs bilir ki, Premyer Liqada mübarizə aparmaq üçün komandanın şəraiti, ən azından stadionu olmalıdır. Əgər stadionumuz olsa, əsas liqada bölgəni layiqincə təmsil edə bilərik.

Stadion probleminin həll olunması üçün kimlərə müraciət etmək istəyərsən?

Buradan ölkə başçısı, cənab İlham Əliyevə səslənib ondan xahiş edirəm ki, bizim şəhərdə kiçik bir stadion tikdirsin. Ölkədə tikilən bütün komplekslərin stadionu var. Amma Qusarın Olimpiya Komplektsində stadion yoxdur. Şəhərdə turzim inkişaf edib. Burada futbolun iddialı klubun olmamağı yaxşı hal deyil. Bir çox şəhərlərdə stadion var, lakin orada futbol oynamırlar. Konsertlər verilir, tamaşalar göstərilir. Biz konsert, tamaşa üçün yox, azarkeşlər üçün stadion istəyirik..

“Het-trik news” qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail