"Panatinaikos"un baş məşqçisi: "Qəbələ" çox təhlükəli komandadır"

13.08.2015 | 3205 dəfə oxunub

"Qəbələ"nin Avropa Liqasının ilk 3 mərhələsində keçirdiyi oyunların videoyazılarını izləmişəm. Rəqibimiz "Dinamo", "Çukariçki" və "Apollon"la görüşlərdə yaxşı təsir bağışlayıb. Həmin oyunlara nəzərən deyə bilərəm ki, "Qəbələ" çox təhlükəli komandadır".

Stadium.az xəbər verir ki, bu sözləri Avropa Liqasının "pley-off" mərhələsində "Qəbələ"nin rəqibi olan "Panatinaikos" klubunun baş məşqçisi Yannis Anastasiou deyib. Təcrübəli mütəxəssis komandamızla oyunlara ciddi yanaşmalı olduqlarını bildirib: 

"Tanınmayan komandalar hər zaman daha çox diqqət tələb edir. Bu görüşə ciddi yanaşsaq, uğur qazanacağıq. Əsas olan heç bir rəqibə yuxarıdan aşağı baxmamaqdır".

"Qəbələ" ilə "Panatinaikos" arasında ilk matç avqustun 20-də Bakıda, cavab qarşılaşması isə avqustun 27-i Afinada keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail