"Çox böyük açıqlama vermək istəmirəm"

25.11.2015 | 2939 dəfə oxunub

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində “Tottenhem”lə keçiriləcək oyun üçün təşkil olunan mətbuat konfransında bunları deyib.

"Çox böyük açıqlama vermək istəmirəm. Bilirik, ki güclü bir komandaya qarşı oynayırıq. “Tottenhem” hazırda ən yaxşı vaxtlarını yaşayır. Belə bir komandaya qarşı  düzgün və səhvsiz oynamalıyıq. İnanıram ki, futbolçularım onlardan gözlənilən oyunu göstərəcəklər. Hər biri bu məsuliyyəti hiss edir. Sözün açığı, hələ bilmirəm rəqib kimləri gətirir. Komandada 7 yox, çox sayda güclü futbolçu var. Yenə qeyd edirəm rəqib böyük bir klubdur. Heyətində olan hər bir futbolçu bu dəqiqə gözləyir ki, yer boşalsın və oynamaq imkanı yaransın, özünü subut etsin. Hər zaman qeyd etmişəm ki, bəzən bu amillər bizim ziyanımıza işləyir. Ola bilər hər hansı bir dəyişiklik olsun. Amma çalışırıq ki, Avropa Liqasında az dəyişiklik edək. Çünki çox sayda daim bir yerdə oynayan futbolçularla meydana çıxmaq istəyirik. Rəşad Sadıqovun oynamaq ehtimalı var. Amma sabahkı müayiədən sonra dəqiq bilinəcək".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail