Tuyqun Nadirov: "Ortaya faktlar qoymaqla dezinformasiyaları ifşa edirik"

25.11.2015 | 2757 dəfə oxunub

"Son günlər "Palmali" Şirkətlər Qrupuna aid həqiqətə uyğun olmayan xəbərlər bəzi KİV-lərdə yer almaqdadır. Biz şirkət olaraq hər dəfə bu cür xəbərlərə sərt reaksiya verməklə və ortaya faktlar qoymaqla dezinformasiyaları ifşa edirik. Lakin sistematik şəkildə yeni böhtan xarakterli yazılar mətbuatda çıxır ki, buna da yalnız qarayaxma kampaniyası adı vermək olar".

Bu barədə ANS PRESS-ə "Palmali" Şirkətlər Qrupunun Bakı filialının rəsmisi Tuyqun Nadirov son günlər mətbuatda "Palmali" ŞQ ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Bu gün kifayət qədər oxucusu olan qəzetlərin birində "Palmali" şirkəti haqqında yalan xarakterli məlumat verildiyini deyən T.Nadirovun sözlərinə görə, qəzetin redaksiyasına dərhal mövqelərini bildirməklə ittihamların əsassız olduğunu sübutlarla təkzib ediblər.

"Amma internetdə mövqeyimiz dərc olunmaqla yanaşı şirkətə qarşı artıq mətbu orqanın özünün adından ittiham dolu sözlər ünvanlandı ki, bu da bizi mənfi mənada təəccübləndirdi. Görünür ki, bütün bu dezinformasiya xarakterli yazılar məqsədyönlü şəkildə hazırlanır və tirajlanır. Bundan əlavə, gəmilərimizin birinin guya hansısa qanunsuz neft daşımasında iştirak etdiyini sübut etməyə çalışan həmin qəzetin iddiaları çox gülünc səslənir. Ən azı ona görə ki, onların adını çəkdiyi gəmi 6000 ton yük götürmə qabiliyyətinə malik quru yük gəmisidir.

Quru yük gəmisinin yanacaq daşıması necə mümkün ola bilər? Bu cür uyğunsuzluqlar çoxdur və sadə faktların sadalanması artıq yalanları üzə çıxarmış olur", deyə T.Nadirov bildirib.

Şirkət rəsmisi onu da bildirdi ki, bütün bunlar Prezident Admimistrasiyasından jurnalistlərə öz hüquqlarından sui-istifadə etməmək barədə xəbərdarlığının fonunda baş verir.

"Bir daha vurğulamağı özümüzə borc bilirik ki, "Palmali" Şirkətlər Qrupu hər zaman beynəlxalq hüquqi rejimin qorunması və ədalətli biznes prinsiplərinə sadiqdir. Şirkətimizin heç bir qanunsuz təşkilatla əlaqəsi yoxdur, olmayıb və heç bir zaman ola bilməz", deyə T.Nadirov bildirib.

Son günlər kütləvi informasiya vasitələrində "Palmali" Şirkətlər Qrupuna məxsus gəminin İŞİD-in neft daşımaçılığında istifadə olunması barədə xəbərlər yayılıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail