"Lənkəranlı azarkeşlərlə aramızda müəyyən münaqişə oldu və.."- MÜSAHİBƏ
"Bakı" klubu mübarizəni Birinci Divizionda aparsa da, komandanı dəstəkləyəcək azarkeşlər hələ də sevimli komandaları ilə bərabərdilər. "Zolaqlılar" Premyer Liqada oynadığı vaxt bir-neçə fan klub oyunlara gəlirdisə, indi yalnız "The Capital"azad azarkeş qrupu gözə dəyir. Stadium.az olaraq, bu dəfə "Bakı"nın "The Capital"ın rəhbəri Ramil Məmmədovla əlaqə saxladıq:
"Bakı"da son vəziyyət necədi?
- Çempionatın əvvəlinə baxanda, sanki, uşaqlarda bir az yorğunluq görünür .Son üç oyunun ikisində məğlub olmuşuq .Komanda yenidi, hamısı gənc futbolçulardır. Məncə, zaman keçdikcə düzələcək. Təcrübəsizlik, bəzi oyunlarda komandaya mane olur.
- Çox xəbərlər dolaşır ki, Hafiz Məmmədov erası yenidən başlayır. Həqiqətənmi belədir?
- Əlbəttə, əvvəlki kimi olmasa da artıq komandadakı vəziyyət yavaş-yavaş düzəlir. Stadionun qazonu yeniləndi. Bildiyimə görə, maaşlar da əvvəlki kimi gecikmir. Yanvardan sonra, yeni transferlerin olacağı da deyilir. Tezliklə, əvvəlki "Bakı"qayıdacaq inşəallah.
Ramil, neçə illərdir "Baki"nın azarkeşisən. Bir də sənin gözünlə baxaq. Son 10 ildə "Baki"da nələr dəyişdi?"Bakı", hardan-hara gəldi?
- Bakıda çox şeylər dəyişib. Həqiqətən, əvvəlki "Bakı" ilə indiki "Bakı" arasında çox fərq var. Amma ən sevindirici dəyişiklik, "Bakı"nın ölkəmizdə bir nömrəli Uşaq Akademiyası yaratmağı, gənc oyunçuları yetişdirməyidir. Bu gün Premyer liga klublarının demek olar ki, hamısında "Bakı"nın yetirməsi oynayır. Məncə, "Bakı" üçün, çempionluqdan, hansısa keçici uğurdan daha vacib dəyişiklik idi.
- Ən böyük dəyişiklik, həm də azarkeş sayında oldu. Sən nece düşünürsən?
- Razıyam, amma normaldı,məncə. Bizdə azarkeşlik anlayışı çoxlarında belədir. Hansı komanda yaxşı oynayır,uğur qazanırsa,ona azarkeşlik edirlər. Gələcəkdə,"Bakı" yenə uğur qazananda həmin azarkeşlərin qayıdacağına əminəm. Amma bu gün, "Baki"nın yanında olmaq lazım idi. Çempion olanda onsuz da, hər kəs yanında olur.
- Niyə belə oldu? "Bakı"dan gedən futbolçunu, məşqçini anlamaq olar, pul yoxdursa bir gün gedəcəklər. Axı çox sayda "Bakı"azarkeşini dəyişən nə oldu? Oyuna gələn yüzlərlə azarkeşdən, yalnız sən və digər 5-10 nəfər sadiq azarkeş qalıb?
- Belə şeylər, bizim ölkədə normal bir hala çevrilib. Komanda çempion olursa, uğur qazanırsa, azarkeş də olur. Bizdə əsil azarkeşlər çox azdır. Ən zəif komanda ilə oyunlarda bele, stadionu dolduran Xəzər azarkeşləri indi hardadır? Komanda zəiflədi, azarkeşlər də yavaş -yavaş stadiondan çəkildi. Fanat, nə olursa olsun,komandasının yanında olmalı,dəstək olmalıdır. Əsas da çətin vəziyyətdə, komandasının arxasında durmalıdır.Bizdə isə, tam əksinədir. Komanda zəifləyən kimi, azarkeşlər də arxa çevirir. Kluba fanatlıq bu deyil.
- Demek olar ki, tribunada tək qaldin. Nə hislər keçirirsən belə anlarda?
- Oyunlara gedib tribunaları boş görəndə,istər-istəməz pis oluram. Vaxt var idi ki, "Bakı"nın avrokubok oyunlarında "Respublika stadion"unda boş yer olmurdu. Amma bir şeyə də sevinirəm ki, kimin kim olduğunu gördük. Bu çətin günlərdə,mənimlə birlikdə qalanların hamısı "Bakı"nı ürəkdən sevənlərdir. Saxta azarkeşlərdənsə, o uşaqlar mənim üçün daha dəyərlidir.
Ramil, saxta dediyin azarkeşlərlə heç rastlaşırsan?
- Hərdən rastlaşıram. Bəziləri yalandan da olsa, özlərini "Bakı" ilə maraqlanırmış kimi göstərirlər. Oyunlara gəlməməklərinə, müxtəlif bəhanələr gətirirlər. Amma kimin nƏ azarkeş olduğunu, son iki ildə daha yaxşı bilmişəm.
- Daim liderlər qrupunda olan "Bakı"nın 2-ci liqa oyunlarında olubmu ki, Bakıdan bezəsən?
- Yox əksinə, bu il ikinci liqada "Bakı"nın oyunları, daha maraqlı, hƏyƏcanlı olur. Divizionda güclü komandalar var. Komandamız yenilərdən qurulsa da meydanda daha istəkli oynayırlar. Sona qədər mübarizə aparırlar.
Bu ağır vaxtlarda, sən daim "Bakı"nın yanında olmusan. Sənin üçün "Bakı"ya ən sadiq 3 adam kimdir?
- Bakiya ən sadiq, çətin gündə daima komandanın yaninda olanlar, mətbuat xidmətinin rəhbəri Isgəndər müəllim, fcbaku tv-nin işçisi Bəxtiyar və komandanın meneceri Vüqardır. Çətin günlərdə komandanı atıb getmədilər.
"Bakı"dan kimin gedişi səni daha çox üzüb?
- Ən çox Pelegias və Horvatın gedişinə pis oldum. Futboldan əlavə, hər ikisi gözəl insan idi. Tək mənim yox, bütün "Bakı" azarkeşlərinin sevimli futbolçuları idi.
- Kiminsə gedişi olub ki, düşünmüsən bu elə yaxşı ki,getdi?
- Olub, adını çəkməyəcəyəm. Amma bir futbolçunun gedişinə çox sevindim. "Bakı"nın yetirməsi idi, amma "Bakı"nı sevməyən, dəyər verməyən futbolçu, o formanı geyinməyə laiq deyil və getməyi daha yaxşıdır.
- Hər zaman sözü açıq demisən, bəlkə, bu adı da açiqca deyəsən?
- Gənc oyunçudur. Istəmərəm adını çəkim. Hər halda bu yazını oxuyanların çoxu biləcək ki, söhbət kimdən gedir. Sadəcə, onu demək istəyirəm ki, geyindiyin formanın, səni yetişdirən klubun, əziyyətini çəkən insanları asağılamaq, əziyyətini yerə vurmaq olmaz. "Bakı" hər zaman böyük klub olub, yenə də elədir.
Ramil, tribunada ən xoş xatirən nə olub?
-Tribunada, adətən, xos olmayan xatirələr olur. Çox vaxt polislərlə aramızda yaşanan problemləri nəzərdə tuturam(gülür). Amma heç vaxt unutmayacaqlarım da olub. Məsələn, "Ekranas"la Bakıdakı 4-2 qalib gəldiyimiz oyunda, diktor Asif Bagirovun, qol vuran oyunçunun adını deyəndən sonra, bütün tribunalarin həmin oyunçunun soyadını deməsidir. Həmin oyuna kimi, Azərbaycanda, heç bir oyunda o cür azarkeşlik görməmişdim. Həmin oyundakı azarkeşliyi, heç vaxt unuda bilmərəm.
- Özün də çox düz dedin. Tribunada xoş olmayan hadisələr çox olur. Bəs sənin üçün ən yadda qalanıhansıdır?
- Səhv etmirəmsə 2010- ci il idi. "Xəzər"lə kubokun yarımfinalinın cavab oyunu idi. "Bakı"da rəqib azarkeşlərlə aramızda müəyyən münaqişə oldu, araya polislər girdi, bir neçə azarkeşimiz xəstəxanalıq olmuşdu. Həmin oyunda polislər məni də tutub bölməyə aparmışdılar.
- İllərdir tribunadasan, səncə, hansı klub olmasından asılı olmayaraq azarkeşin dilini bilən, azarkeşin sevimlisi olmağı ən yaxşı bacaran yerli oyunçu kimdir?
- Sözsüz ki,Rəşad Sadıqovdur. Hansı kluba azerkeşlik etməyindən asilı olmayaraq Rəşad bütün azarkeşlərin sevimlisidir. Ümumiyyətlə,azarkeşlərin sevimlisi olmaq üçün, təkcə yaxşı oyunçu olmaq yetmir, eyni zamanda futbolçunun meydanda davranışı, azarkeşə, rəqib komandaya olan münasibəti, hamisi bir- birini tamamlamalıdır.
Bəs legioneri?
- Legionerlərdən Jaba ve Saşa Stamenkoviç. Baxmayaraq ki, Saşa "Neftçi"də oynayır, amma mənim o oyunçuya hər zaman böyük hörmətim olub.
"Bakı" ilə bağlı ən böyük xəyalın nədir?
- "Bakı"nı avroliqanın, çempionlar liqasının qrupunda görməyi çox istəyirəm. Bir dəfə buna yaxın olmuşuq, amma bəxtsizlik və hakim səhvlərinə görə düşə bilmədik.
Son olaraq, mətbuata, azarkeşlərə deyəcək nə sözün var?
- Mətbuatda qərəzli yazıları, araşdırılmadan yazılan xəbərləri çox görürük. Bizim bəzi jurnalistlərə onu demək istəyirəm ki, bütün klublara qarşı ədalətli və peşəkar olsunlar. Azarkeşlərə isə sözüm odur ki, klubunuzun çempionatda hansı yerdə olmağından asili olmayaraq hər zaman dəstək olun. Klubunuzun arxasında durun.
Xanoğlan İMANOV, Stadium.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |