"Xəzər Lənkəran"da son durum: "Qarabağ"dan futbolçu gəlir

03.01.2016 | 6375 dəfə oxunub

Bütün təcrübəli futbolçularla yollarını ayırdıqdan sonra yalnız öz yetirmələri ilə qalan “Xəzər Lənkəran”ın ətrafında ilk baxışdan passivlik görüntüsu seyr edilsə də əslində klubda faəl iş gedir.
 
Stadium.az xəbər verir ki, aylarla maaş ala bilmədiyindən klubdan ayrılmağa üstünlük verən futbolçulardan  bir neçəsinin cənub təmsilçisindən gələn maraqlı təkliflər fonunda yenidən “Ağ-yaşıl” forma geyəcəyi barədə söhbətlər gəzməkdədir. İlk olaraq qeyd edk ki, Tural Cəlilovun geri qayıda biləcəyi gündəmə gəlib. Onunla yanaşı özünə yeni klub tapa bilməyən Rasim Ramaldanov da futbolçu yoldaşlarından olan “geri dön” məsləhətinə ciddi yanaşaraq “Xəzər Lənkəran” karyerasını sıfırdan başlamaq barədə düşünür. Gənc qapıçı Orxan Sadıqlının isə ən azından yaya qədər Lənkəranda forma geyəcəyi şübhə doğurmur.
 
Bununla yanaşı “Xəzər Lənkəran”a “Qarabağ”dan bir yerli futbolçunun transferi barədə çalışmalara başlanılıb. Yaxın günlərdə daha bir neçə yerli futbolçunun komandaya baxışdan keçəcəyi müəyyənləşib. Legioner futbolçuların transfer olunacağı ilə bağlı hələlik yeni məlumatlar yoxdur. (12cioyuncu.info)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail