PFL-dən şok qərar: 9 KLUBA TRANSFER QADAĞASI QOYULDU

05.01.2016 | 4125 dəfə oxunub

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev "Xəzər TV"də yayımlanan "Futbol saatı" verilişində çox ciddi açıqlamalar verib.

Stadium.Az xəbər verir ki, Musayev PFL-n 9 kluba yeni futbolçu transfer etməyə qadağa qoyduğunu bildirib: 
"Belə qərara gəldik ki, qış transfer dövründəki transferləri bağlayaq. Yəni, 3 hal yox, hansı komanda borcludursa, yeni transferlər etməsinə icazə verilməsin. Amma digər cəzalar da yaddan çıxmayıb. "Qarabağ"dan başqa digər komandaların bu "pəncərə"dən istifadəsinə imkan verməməyi qərara aldıq. Borclarını ödəsələr, icazə verəcəyik. Borcun məbləğini deməyə ehtiyac yoxdur.
Deyirlər ki, PFL top gətirib sataraq, qazanc əldə edir. Xeyr, belə deyil. Klublar özləri də bilirlər ki, bizim gətirdiyimiz top dükanlarda satılandan qat-qat ucuzdur. Vaxt var idi, məşqi bir topla, oyunu isə 5-10 manatlıq topla oynayırdıq. Bu, peşəkar futbolçuların çıxışlarına təsir göstərirdi. Bu gün hamı eyni topla oynayır. Amma topların da pulunu vermirlər. Biz gətirməsəydik, nə ilə oynayacaqdılar? Elə o 10 manatlıq toplarla? Xaricdə təlim-məşq toplanışlarına gedən klublarımızı alqışlayıram. Bəs yaxşı, borcu niyə vermirsiniz? Verərlər iAllah".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail