"Kamran Ağayevə heç bir güzəşt tətbiq olunmayacaq"

29.01.2016 | 2521 dəfə oxunub

"Kamran Ağayevə heç bir güzəşt tətbiq olunmayacaq". Bunu açıqlamasında Peşəkar Futbol Liqasının baş direktoru və AFFA İntizam Komitəsinin üzvü Məlik Həsənov deyib.

Ağayev "Qəbələ"də çıxış etdiyi vaxt - ötən mövsümün ilk yarısının son tur matçının 76-cı dəqiqəsində "İnter"in futbolçusu Mikel Alvaronu vurduğu üçün 3 oyunluq cəzalandırılıb. Bundan sonra təcrübəli qapıçı Türkiyəyə üz tutub. O, yayadək "Kayserispor"da, bu mövsümün ilk yarısında isə "Karşıyaka"da çıxış edib. Yeni ildən "İnter"ə keçən qolkiperə AFFA İntizam Komitəsinin cəzası tətbiq edilsə, "bankirlər" Azərbaycan yığmasının əsas çərçivə qoruyucusunun xidmətindən ən yaxşı halda, XXII turdan yararlana biləcəklər. Bu səbəbdən, klub Apellyasiya Komitəsindən cəzaya yenidən baxılmasını xahiş edib.

Amma PFL rəsmisi bunun mümkünsüzlüyünü bildirib: "Kamranın 3 oyunluq cəzası azaldılmayacaq. FİFA və UEFA qaydalarında da yazılıb ki, ötən mövsümlərdən qalan cəza mütləq tətbiq olunmalıdır. Ona görə də "İnter" "Zirə", "Qəbələ" və AZAL-la oyunlarda Ağayevi iştirak ərizəsinə daxil edə bilməz". (report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail