Roman Qriqorçuk: "Meydançanın belə olması məğlubiyyətimizin səbəblərindən biridir"

30.01.2016 | 2703 dəfə oxunub

Bu gün Azərbaycan Premyer Liqasının 19-cu turunda “Qəbələ” Gəncədə “Kəpəz”ə 3 cavabsız qolla məğlub oldu. Stadium.Az xəbər verir ki, oyundan sonra “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk darmadağını belə izah edib:

“Kəpəz”i qələbə münasibətilə təbrik edirəm. Bu rəqiblə oyunlarımızdakı məğlubiyyətlərin səbəbləri fərqlidir. “Kəpəz”lə ilk 2 oyunda komandamız yaxşı çıxış etmişdi, yaxşı oynamışdıq. Amma bu dəfə oyunumuz elə də yaxşı alınmadı. Bunu da biz buraya gəlməzdən öncə də bilirdik.

Gəlib şahidi olduq ki, burada meydançanın vəziyyəti elə də yaxşı deyil və bu da bizim istədiyimiz oyunu göstərməyə mane olurdu.

Bu cür meydançalarda adətən aqressiv futbola daha çox üstünlük verilir. Bu sahədə biz bir az geridə qaldıq. Düşünürəm ki, meydançanın belə olması məğlubiyyətimizin səbəblərindən biridir və hesabın belə olması ilə nəticələndi”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail