"Qəbələ"də ciddi itki

02.02.2016 | 2897 dəfə oxunub

“Qəbələ” aparıcı futbolçularından olan Sergey Zenyovun xidmətindən məhrum qalıb.

Stadium.Az xəbər verir ki, estoniyalı yarımmüdafiəçi Premyer Liqasının 19-cu turunda “Kəpəz”lə səfər matçında zədələnib.

Gəncə klubunun 3:0 hesablı qələbəsi ilə nəticələnən görüşün 15-ci dəqiqəsində başından xəsarət alan və dərhal komanda yoldaşı Aleksey Antonovla əvəzlənən 27 yaşlı oyunçu tibbi müayinədən keçib. Məlum olub ki, hücumameyilli oyunçu yüngül beyin silkələnməsi keçirib.

Həkimlər onun məşqlərə başlamasına hələlik icazə vermirlər. 2-3 gün yataq şəraitində müalicə alacaq Zenyov yalnız gələn həftədən etibarən komandaya qoşula biləcək. Bu isə o deməkdi ki, futbolçu fevralın 7-də XX tur çərçivəsində “İnter”lə keçiriləcək qarşılaşmanı buraxacaq.

Ciddi problem yaranmasa, Sergey XXI turda AZAL-la səfər matçında meydandakı yerini ala biləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail