"Kəpəz" - "Qəbələ" oyununda qonaqları "yıxan" hakim səhvləri VİDEO

04.02.2016 | 3380 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 19-cu turunda “Kəpəz” doğma meydanda “Qəbələ”ni 3 cavabsız qolla məğlub etdi. Stadium.Az xəbər verir ki, matçdan sonra “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk məğlubiyyətə əsas səbəblərdən biri kimi meydanın yararsız olmasını göstərmişdi. Amma ortada başqa amil də var, hakim idarəçiliyi. Görüşün baş hakimi Fariz Yusif bu oyunda “Kəpəz”in lehinə qədər susub ki... “Kəpəz”in qələbəsinə kölgə salmaq kimi bir niyyətimiz yoxdur, ancaq fakt odur ki, referi ən azı iki dəfə “Kəpəz”ə “qırmızı” göstərməli olduğu halda, fitindən səs, əlindən vərəqə çıxmayıb. Təbii ki, bütün bunlar “Kəpəz”lilərin kobud oyunlarına görə olmalı idi. Ancaq olmadı... Referinin idarəçiliyinə uzun-uzadı şərh vermədən, sizə qarşılaşmadan hazırlanan videogörüntünü təqdim edirik. Özünüz qərar verin. Burada “Kəpəz”li neçə futbolçuya qırmızı və sarı vərəqə göstərilməlidir?

QEYD: Cəmi iki dəfə Gəncə klubunun futbolçularına sarı qəvərə göstərilib. Onlar da kobud oyuna görə yox, başqa məsələyə görə - Şəhriyar Əliyev, 45+1 (qeyri-idman hərəkəti); Budaq Nəsirov, 82 (qeyri-idman hərəkəti).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail