Qurban Qurbanov üçün 150-ci qələbə

22.02.2016 | 2541 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XXII turunun “Neftçi” ilə oyunundakı 2:0 hesablı qələbə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub. Stadium.Az xəbər verir ki, 44 yaşlı mütəxəssis Azərbaycan çempionatlarında baş məşqçi kimi 150-ci qələbəsini qazanıb.

O, buna 272-ci matçda nail olub. Hesabında 71 heç-heçə və 51 məğlubiyyət olan çalışdırıcı karyerası ərzində yalnız iki klubun baş məşqçisi olub. Qurbanov 150-ci qələbəsini qazandığı oyundakı rəqib “Neftçi”də başladığı çalışdırıcılıq karyerasındakı çempionat oyunlarında 19 qələbə qazanıb. 2006-07-ci illərdə baş məşqçisi olduğu “Neftçi”dən fərqli, “Qarabağ”da daha uzun müddət – 2008-ci ildən indiyədək çalışan Qurbanov bu klubla Premyer Liqada 131 qələbə əldə edib. Qurbanov Azərbaycan çempionatlarındakı qələbə sayında baş məşqçilər arasında 5-ci pillədədir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail