"Qarabağ" ispaniyalı futbolçuyla 2 illik müqavilə bağladı

09.06.2017 | 6381 dəfə oxunub

"Qarabağ” növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir. Stadium.Az xəbər verir ki, Ağdam təmsilçisi sözləşməsi başa çatan yarımmüdafiəçi Migel Markos Madeyrayla (Miçel) yeni müqavilə imzalayıb.

İspaniyalı yarımmüdafiəçi daha iki il Ağdam klubunun formasını geyinəcək.

Dünən Bakıya gələn təcrübəli oyunçu bu gündən etibarən məşqlərə qoşulacaq. 31 yaşlı yarımmüdafiəçi 2015-ci ilin yayında "Qarabağ"a transfer olunub və 71 oyuna (49 Premyer Liqa, 10 Azərbaycan kuboku və 12 avrokubok) çıxıb, bu qarşılaşmalarda 15 qolla ( 8 Premyer Liqa, 5 ölkə kuboku və 2 avrokubok) yadda qalıb.

"Qarabağ" bir müddət öncə Qara Qarayev, Əfran İsmayılov və Ansi Aqolli ilə də yeni müqavilə imzalamışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail