"Geryedən gizli silah kimi istifadə etməyə çalışdıq"

03.03.2018 | 5220 dəfə oxunub

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 18-ci turunda "Sumqayıt"la oyundan (1:1) sonra mətbuat konfransı keçirib.

- Hər iki komandanın futbolçularını təbrik edirəm. Sona qədər mübarizə apardılar. Çətin oyun olacağını bilirdik. Bunu futbolçulara da demişdim. Rəqib komandanın baş məşqçisini təbrik edir, uğurlar arzu edirəm. Nə qədər xal qazansaq, bizim üçün o qədər də yaxşıdır. Bundan sonrakı oyunlar çətin olacaq və onlara ciddi hazırlaşmalıyıq.


- Yarımmüdafiənin cinahında Danini yox, Geryeni oynatdınız. Geryedən gizli silah kimi istifadə etməyə çalışırdınız?

- Bəli, planımızda var idi. Dani topla daha çox rəftar edir, Gerye isə əksinə. Ona görə də Danini ehtiyatda saxlayıb, Geryedən gizli silah kimi istifadə etməyə çalışdıq.

- Sanki futbolçularınızda arxayınlıq var. Bu fikirlə razısınız?

- Belə düşünmürəm. Futbolçularım bilir ki, hər bir komandaya qarşı oynamaq çətindir. Çempionatda hər bir oyuna son matç kimi hazırlaşırıq. Biz nə qədər belə olmadığını desək də, ola bilər bir qədər boşluq var. Əgər belə həvəssizlik varsa, bunu aradan qaldırmağa çalışacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail