Roman Qriqorçuk: “Çox vacib qələbə qazandıq"

09.03.2018 | 4369 dəfə oxunub

“Çox vacib qələbə qazandıq. Mən və komandam bu qələbə ilə fəxr edirik”. Stadium.Az xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Azərbaycan Premyer Liqasının XIX turunun “Kəpəz” – “Qəbələ” matçından sonra “qırmızı-qaralar”ın çalışdırıcısı mətbuat konfransı keçirib. O, 1:0 hesabı ilə qalib gəldikləri görüşdə vacib 3 xal qazandıqlarını bildirib:

“Çünki bu qələbə elə bir dövrdə qazanılıb ki, həmin vaxt bir sıra hadisələr bizim üçün uğursuz cərəyan edirdi. Bu üzdən də belə vəziyyətdə qalib gəlməklə əldə etdiyimiz özünəinam 3 xaldan daha vacibdi. Cavid Hüseynovun oynamaması məşq zamanı zədələnməsi ilə bağlı idi. Bu, vacib bir anda, Cavidin bizə lazım olduğu vaxtda yaşandı. Yaxşı ki, qələbə qazandıq. Hüseynovu bugünkü ad günü münasibətilə təbrik edirəm. Rasim Ramaldanovun meydana çıxmamasına gəlincə isə təhlillərim sayəsində futbolçuları tanıdığım üçün belə qərar verdim.

Qarşılaşmanın hakimlərinə böyük hörmətim olsa da, onların sarı vərəqələrin göstərilməsinə baxışları ilə qətiyyən razı deyiləm. Oyun zamanı emosionallığım da bununla bağlı idi. Stiven Moroz hələ fərdi məşqlər edir, meydana nə vaxt qayıdacağını bilmirik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail