Yuri Maksimov: "Öz səhvimi etiraf etmək istəyirəm"

10.03.2018 | 4491 dəfə oxunub

"Uşaqlar yaxşı oynadılar. İki dəfə hesabda geri düşsək də, tarazlığı bərpa etdik. Amma sonda 3-cü qolu buraxdıq".
 
Stadium.Az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Yuri Maksimov Premyer Liqanın 19-cu turunda "Neftçi"yə uduzduqları oyundan (2:3) sonra keçirilən mətbuat konfransında deyib.

Məğlubiyyətdə özünü günahlandıran ukraynalı mütəxəssis "Keşlə"dən ayrılacağına işarə vurub:

"Öz səhvimi etiraf etmək istəyirəm. Denis Silvanı dəyişməklə səhv etdim. O, zədə aldı, yorulduğunu hiss etdim. Son dəqiqələrdə qol buraxdıq. Günah məndədir. Futbolçular layiqli şəkildə mübarizə apardılar. Emosiyalarıma qapılıb, başqa sözlər demək istəmirəm. Ola bilsin ki, bu, mənim sonuncu oyunum idi. Hər birinizə "sağ ol” deyirəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail