Aqil Məmmədov futbolçu karyerasını başa vurdu

05.01.2012 | 5206 dəfə oxunub

“Sumqayıt” Futbol Klubunun və Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aqil Məmmədov futbolçu karyerasını rəsmən başa vurub. Stadium.az xəbər verir ki, adıçəkilən futbolçu bundan sonra klubumuzun 15 yaşadək futbolçulardan ibarət komandasında baş məşqçi kimi fəaliyyət göstərəcək. Məmmədov klubun rəsmi saytına fikirlərini bildirib: 

"Futbolçuya böyük futboldan ayrılmaq çox çətindir. Kövrəlmədim desəm, yalan olar. Hələ ötən ay bu qərarı vermişdim. Düşünürəm ki, özümü məşqçi kimi göstərə bilərəm. “Sumqayıt” böyük layihədir. Mən bu ailədən ayrılmıram. Bu gün klubun rəhbərliyi ilə görüşüm oldu. Onlar mənə müxtəlif variantlar təklif etdi. Mən isə aşağı yaş qruplarında çalışmaq istəyimi onlara bildirdim. Beləliklə, “Sumqayıt”ın 15 yaşadək futbolçulardan ibarət komandası mənə həvalə olundu. Bu işin öhdəsindən gələcəyimə inanıram".

Nəzərinizə çatdıraq ki, "Sumqayıt"ın 15 yaşadək futbolçulardan ibarət komandasına rəhbərlik edən Vəfadar Quliyevin isə Futbol Akademiyasının digər yaş qrupunda çalışacağı gözlənilir. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail