"Qarabağ” yüksək səviyyəli top-komandadır"
“Əlbəttə, Azərbaycan ekzotik ölkədir. Təklif gələndə ilk reaksiyam fərqli oldu. Çünki keçidim az inandırıcı görünürdü. Ancaq daha ətraflı tanışlıqdan, klubun özünü təqdim etməsindən sonra əmin oldum ki, “Qarabağ”a keçməklə düzgün addım atmışam”.
Stadium.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın yeni transferi Hannes Halldorsson deyib. Ölkəsinin mətbuatına danışan islandiyalı qapıçı “Qarabağ”a keçidini dəyərləndirib:
“Bir çox klubdan təklif almışdım. Qərar qəbul etməliydim. Bəzi məsələləri həll etmək çox vaxt alır. Çoxlu telefon zənglərim vardı. İspan və polyak oyunçularla danışdım. Onlar klubla bağlı bütün lazımı məlumatları mənə verdilər. “Qarabağ” yüksək səviyyəli top-komandadır. Burada hər şey peşəkar səviyyədə təşkil olunub. Yeni komandamda hər şey tamam fərqli olacaq. Çünki orada heç nəyə qənaət etmirlər”.
34 yaşlı qolkiper “Qarabağ”ı seçməsinin səbəbini açıqlayıb: “Qarabağ” ardıcıl 5 dəfə ölkə çempionu olub. Matçlarını 2 fərqli stadionda oynayır. Premyer Liqa oyunlarını kiçikhəcmli, avrokubok matçlarını isə 60-70 min azarkeş tutumlu stadionda keçirirlər. Hər il avrokuboklarda çıxış edirlər. Ötən mövsüm “Kopenhagen”i məğlub edərək, Çempionlar Liqasından kənarlaşdırıblar. Bu mövsümdə də Avropanın bir nömrəli klub turnirində oynamaq imkanları var. Mən öz arzularımın arxasınca getdim. Düşünürəm ki, bu, Çempionlar Liqasında oynamağım üçün ən böyük şansdır. Ötən illə müqayisədə bu mövsüm qrupa düşmək üçün daha çox oyun keçirməliyik. Bu, uzun yoldur. İnanmaq lazımdır. Yarışa girmək sizə əvvəlki səviyyəyə qayıtmağa kömək edir. Komanda 3-4 il ardıcıl avrokuboklarda qruplara qalıb. İnanıram ki, bu il növbəti dəfə o yarışda olacağıq”.
Halldorsson “Qarabağ”dan təklif alanda bunu həyat yoldaşı ilə müzakirə etdiyini bildirib: “Həyat yoldaşımla bu barədə çox danışdıq və qərara aldıq ki, Azərbaycana getsək, hər şey yaxşı olacaq. Artıq Danimarka ilə vidalaşırıq. Orada yaxşı vaxt keçirdik. Randersdə özümüzü yaxşı hiss edirdik. İndi isə Bakıya gedirik. Oranı öyrəndikdən sonra Bakının müasir və sərin şəhər olduğunu bildik. Bu barədə heç bir şikayətimiz yoxdur. Hər şey bizi qane edir. Komandadan bəzi futbolçularla danışıram. Orada hər şey yaxşıdır. Misal üçün, bütün legionerlər çoxdandır birlikdə oynayırlar. Heç kim getmək istəmir. Əgər kimsə qalmaq istəyirsə, heç yerə getmir. Klub və şəhər haqda kiminlə danışdımsa, hamısı yüksək fikirlər söylədi”.
Halldorsson dünən “Qarabağ”la 2 illik müqavilə bağlayıb.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |