Türkiyə millisi Azərbaycanla qarşılaşacaq? - Şenol Günəşdən açıqlama

13.12.2019 | 6065 dəfə oxunub

Türkiyə millisinin baş məşqçisi Şenol Günəş AÇ-2020-nin Bakıda keçiriləcək oyunları ilə bağlı Azərbaycana səfəri haqqında danışıb.

Stadium.az xəbər verir ki, "Sports TV"də yayımlanan "Sporsever" proqramında qonaq olan 67 yaşlı mütəxəssis Bakıda isti münasibət gördüyünü deyib: "Təlim-məşq toplanışı üçün yer seçmək və başqa işlərə görə Bakıya getdik. Böyük sevgi gördük. Televiziyaya çıxdıq. Bizi indidən bağırlarına basdılar. Yenidən gedib, təlim-məşq toplanışı ilə əlaqədar məsələləri planlaşdıracağıq. Həm də orada mətbuat konfransı keçirməyi düşünürəm. Azərbaycan ilə bir yoxlama matçı da oynaya bilərik. Təbii ki, evimizdə çıxış edəcəyimiz hissini bizə indidən yaşadırlar. Oyunlarda dəstək görəcəyimizi bilirəm. Bu cəhətdən şanslıyıq".

Türkiyə millisi iyunun 17-i Uels, 21-i isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail