Andrey Arşavin MDB ölkələrinin futbol çempionatarının birləşdirilməsi ideyasından danışıb

17.12.2019 | 6467 dəfə oxunub

Rusiya millisinin sabiq üzvü Andrey Arşavin MDB ölkələrinin futbol çempionatarının birləşdirilməsi ideyasından danışıb. Stadium.Az xəbər verir ki, yerli telekanalların birində qonaq olan keçmiş hücumçu Azərbaycan, Qazaxıstan və Belarus klublarının Rusiya Premyer Liqasında çıxışının mümkünlüyünü və bu ideya alınarsa, futbolun inkişafına kömək edəcəyini bidirib:

"Bir neçə il əvvəl Rusiya və Ukrayna Premyer Liqasını birləşdirmək ideyasını dəstəkləmişdim. Bu, futbolun inkişafına kömək edəcəkdi.

Üstəlik, "Kayrat”da oynayanda bu klubun problemlərini gördüm. Qazaxıstanda klubların pul qazanmaq üçün bir fürsətə ehtiyacı var. Qazaxıstan çempionatında bunu etmək qeyri-realdır. Çünki futbolun televiziyada yayımlanma səviyyəsi sıfıra yaxındır. Yerli valyuta azdır. Buna görə də stadionun yarısı boş olur.

Avropada rəqabətə davamlı olmaq üçün daxili çempionatda güclü rəqiblərə ehtiyacınız var. Bu vəziyyətdə oyunçular ən yaxşı keyfiyyətlərini göstərəcəklər. İndi Rusiya və Ukrayna çempionatının birləşməsi əhəmiyyətsizdir. Kiçik ölkələrin liqalarının birləşməsinə ehtiyac var. Buna görə də Belarus, Azərbaycan və Qazaxıstan klublarını çempionatımıza qatmaq haqda düşünə bilərik. Bu ki maraqlıdır.  Hər bir ölkə öz klubuna pul tökəcək. Üstəlik, azarkeşlərin sayı artacaq. Güclü komanda gələndə stadionda anşlaq olacaq. Bu, idman baxımından qonşulamız üçün maraqlıdır".

Arşavin bu ilin martında verdiyi açıqlamada Rusiya, Belarus, Qazaxıstan, Azərbaycan və Ermənistan komandaları daxil olmaqla, 19 yaşa qədər futbolçuların çempionatını təşkil etmək istədiyini demişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail