Aftandil Hacıyev: "Rəqib bizdən üstün idi"

20.12.2019 | 6404 dəfə oxunub

“Oyun barədə yalnız onu deyə bilərəm ki, rəqib bizdən üstün idi. Hər iki oyunda çalışdıq ki, qalib gələk. Epizodlarımız da oldu, onları qola çevirə bilsəydik, qalib gələ bilərdik. Futbolçularıma təşəkkür edirəm. 90 dəqiqə deyil, 120 dəqiqə çox yaxşı mübarizə apardılar".
 
Stadium.Az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan kubokunun 1/4 finalnın "Zirə" ilə cavab matçından (0:1) sonra mətbuat konfransında deyib.

Oyundan əvvəl rəhbərliklə komanda arasında heç bir görüşün olmadığını deyən çalışdırıcı komandadan ayrılaq futbolçuların dəqiqləşmədiyini bildirib: "Mükafat haqqında isə danışmaq istəmirəm. Ondan daha vacib məsələlər, problemlər var. Bunlar haqqında çox danışmışıq. Yevgeni Koçuk və Aleksandr Rıbkanın gedəcəyi ilə bağlı xəbərlərə gəlincə, rəsmi bir şey yoxdu. Özləri də getmək istəmələri ilə bağlı nəsə deməyiblər".
 
Hacıyev hakimin onların təmiz qolunu qeydə almadığını da qeyd edib: "Oyunun sonlarında tora daxil olan, amma sayılmayan top məncə, təmiz qol idi. Kərim Benzema təxminən belə qol vurmuşdu.  Qapıçıya da heç kim mane olmurdu. Bu qol Avropada sayılır, amma bizdə sayılmırsa, demək problemlərimiz var”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail