Elmar Baxşıyev: "Bu rəqiblə imkan verdiyi qədər oynamaq mümkündür"

06.02.2021 | 4581 dəfə oxunub

"Oyunun bizim üçün çətin keçəcəyini bilirdik. Evdə oynamağımıza baxmayaraq, çempionatın liderinə qarşı çıxış etdik. Bu rəqiblə imkan verdiyi qədər oynamaq mümkündür".

Stadium.Az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis rəqibin layiqli qələbə qazanaraq, mərhələ adladığını bildirib: "İlk matçımız daha dinamik keçmişdi. Rəqibin cavab görüşünə daha ciddi hazırlaşdığı görünürdü, bizə hücum etməyə imkan vermirdilər. Pressinq edirdilər və pressinqdən çıxmaq çətin idi. "Qarabağ" favorit idi və layiqli qələbə ilə mərhələ adladı".

"Qarabağ" yarımfinalda "Səbail" - "Sumqayıt" cütünün qalibi ilə görüşəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail