"Xəzər Lənkəran" rəsmisindən Arif Əsədova açıq məktub

15.05.2015 | 17944 dəfə oxunub

Hörmətli Arif müəllim! Həmişə demişəm, nə məsələdirsə məktub yazmağa xoşum gəlir. Uzun illər hərbi xidmətdə olanda evə məktub yazmışam, daha sonra “Futbol+” qəzetində "Dostuma məktub" yazdım. Bəzən də kimlərsə xətrimə dəyəndə açıq məktub yazmağa üstünlük verdim. Amma siz nə xətrimə dəymisiz, nə də sizə bir şikayətim var. Hər nə qədər əzəli rəqibimizin baş məşqçisi olsanız da,  bizə çox da uzaq olmayan Yardımlı rayonundansız, xətrinizi sözün əsl mənasında çox istəyirəm və ən önəmlisi "Xəzər Lənkəran" klubunun ilk kapitanı olmusunuz. Demək, ən azı sizə xoş mənada məsləhət verə bilərəm. Yox, yox əsla dünən jurnalistikaya gəlib, bu gün Qvardioladan səhv tutan həmkarlarım tək sizə son ardıcıl məğlubiyyətlərə görə taktika filan dərsi keçmək fikrim yoxdur. Sadəcə, qarşıda Azərbaycan Kubokunun final görüşü gəlir. Ölkənin bütün şəhərlərindən daha gözəl, daha baxımlı, daha diqqət yönəldilmiş diyarında keçiriləcək bu görüş sıradan bir oyun deyil. Yəqin ki, PFL yenə jurnalistləri Gürcüstan nömrəsi daşıyan avtobusla Qəbələyə aparacaq. Deməli, böyük ehtimal var ki, Lənkərandakı DYP kimi İsmayıllı və ya ona qonşu rayonun DYP -si media əhlini aparan qonşu ölkənin avtomobil seriyası ilə şütüyən avtobusu saxlayıb sorğu suala tutacaq. Daha sonra dost-qardaş jurnalistlərimiz səfalı məkanlardan keçən yolların kənarındakı restoranların birində dayanıb yemək yeyəcəklər. Aha, demək, həm də şəkil çəkdirəcəklər. Biz də öz növbəmizdə onların hər biri ilə dost olduğumuz üçün sosial şəbəkə də ayrı ayrılıqda " like" etmək məcburiyyətində qalacağıq. Gördüyünüz kimi,  hələ oyunun özünə çatmamış nə qədər problem ortaya çıxdı. Ona görə də bu finalın əhəmiyyəti heç də az deyil. Hamımız bu qədər problemin qarşılığında maraqlı oyun görmək istəyirik. Sizə məktubu niyə yazdığımın əsas yerinə, lənkəranlılar demiş, ürəy yanan yerinə keçim. Arif müəllim, etiraf edək ki, "Neftçi" həmin gücdə deyil. Sabah biri gün övlad toyu edəcək, amma cəmi 22 yaşı olan Mirhüseyni daha sonra Elvini, Raufu heyətdən göndərmisiniz. Deməli,  yerli futbolçularla bağlı böyük problemləriniz var. Mehman kinosunda “QALOŞ”un sözü olmasın, "bir daş altdan, bir daş üstdən" öz aramızda sizə məsləhətim var. "Neftçi"nin bu gün çempion olmuş U-13 komandasındakı 9,11 və 19 nömrəli futbolçulardan nəinki sizin, heç AFFA nın hüquqşünası Rəmiş müəllimin, sizlə mənim yaşımın toplam rəqəmi qədər dedektiv əsər yazan Çingiz müəllimin, bizim millətin nümayəndələrinin Rusiyada on illər öncə kiçik səhvlərini tapıb böyük ölçüdə üzə çıxaran 
Xoşqədəmin belə xəbəri yoxdur. Sizə dost məsləhəti. Bu uşaqlar boyca nə Kanalesdən, nə də oyunlarına görə Mirhüseyndən zəifdirlər. Yetər ki, finalda adları protokolda olsun. Bax, sonra demədi deməyin!

Lənkərandan Hüseyn Cəbrayıloğlu ("Xəzər Lənkəran" klubunun mətbuat xidmətinin rəhbəri)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail