Məleykə Əsədovadan Elnur Abdullayevə qədər
Azərbaycan futbolu aktrisa, rəsmi titullardan və mükafatlardan bol olan Məleykə Əsədovanın oxuduğu mahnılara oxşayır. Bağışlayın ki, bundan başqa bənzətmə tapa bilmədim. Çempionatımızın misqalla ölçülən dadı-duzu da qaçıb. Premyer Liqa adı verib təriflədiyimiz yarış Məleykə Əsədovanın ifası kimi bu gün heç kimə lazım olmayan bir əşyaya çevrilib.
Əvvəllər yalandan da olsa rəqabətdən-zaddan vardı. İndi klubların yarıdan çoxu can üstədi. Naxçıvandakı qardaşlarımız həmişəki kimi bu dəfə də durumu doğru-düzgün qiymətləndirib bir addım qabağa düşdülər. “Araz-Naxçıvan"ı aradan çıxardılar. Digər sponsorlar gec qaldıqlarından aradan da çıxa bilmirlər.
İnternetdəki idman saytlarına göz atmağa adamın ürəyi gəlmir, bəd xəbərlər dolub-daşır. “Filan klub dağılır", “Bəhmən klubun futbolçuları sonuncu dəfə pulu kinoda görüblər",
“Rauf Əliyev “Neftçi"yə kabab iyinə getmişdi, gördü...", “Əfranın ayağı “İnter"ə düşmədi" və s. Hamısını yazıb sizləri bir az da qorxutmaq istəmirəm.
Vaxt vardı “Neftçi"nin, “İnter"in, “Bakı"nın futbolçuları maşını metroya tələsənlərin üstünə sürürdülər, indi özləri metroya minə bilmirlər. Əl-üzlərini dollarla silirdilər, amma salfetkanın da qəhətə çıxdığı günə gəldilər. Əvvəllər futbolçular “qa" deyəndə maaş, “qu" deyəndə mükafat alırdılar. Artıq neçə aydır ki, nə “qa" demələrinə fikir verən var, nə “qu".
Nə başınızı ağrıdım, o gün “Bakı"nın Biləcəridəki bazasına getmişdim, qədim dostum Yaşar Seyidov telefon açmışdı ki, bəs, qardaş, gəl çayımızı təzələyək. Getdim və dostumun çayından içdim, söhbət elədik. Amma heç ürəyim açılmadı. Əvvəlki “Bakı" yadınızdadır da, klubun bazasında ayaq basmağa yer yox idi, indi isə... Futbolumuzun inkişafı üçün xeyli əmək sərf edən Yaşar bəyin son vaxtlarda nələr çəkdiyini bir özü bilir, bir Allahı...
Yaxın zamanlara kimi vəziyyət tamam başqa cür idi, futbolçular meydanda gəzişib pul qazanırdılar, lakin indi maaşlarını ala bilmədiklərinə görə meydanda otururlar. “Simurq"un aksiyası yadınızdan çıxmayıb? “İnter"lə oyun başlayan kimi “Simurq"un futbolçuları qaçmaq əvəzinə yerə oturub etirazlarını bildirdilər. Hətta deyilənə görə, Zaqatalada baş verən bu olay erməni mətbuatının da diqqətini çəkib. Ermənilər də murdar ağızlarına gələni yazıblar. Deyiblər ki, deyirdiniz Azərbaycanda hamı yağ-bal içində yaşayır, bəs nə oldu?
Zaqataladakı etiraz aksiyası futbolumuza başı ilə cavabdeh olanlara əməllicə başağrı yaradıb. Bu olaydan sonra “Xəzər Lənkəran" fanatlarının isə ürək ağrıları başlayıb, özü də qəribə bir səbəbdən. Kimdən soruşuram deyir ki, Elnur Abdullayev gərək yerdə oturmayaydı, “Xəzər Lənkəran"a qol vuranda etdiyi hərəkətləri təkrarlayaydı. Mən də bizimkilərə deyirəm ki, qardaşlar, insan Lənkəranı Zaqatalaya dəyişən gündən pul üzünə həsrətdir, necə sevinsin?
Dünən səhər sübh tezdən Lənkərandan telefon açdılar. Qardaşlar dedi ki, Elnur Abdullayevə görə ürəyimiz ağrımaqda davam edir. Ona görə də “Böyük Bazar”da gözə görünən bir yerdə qutu qoymuşuq. İanə toplayıb Elnur Abdullayevin “Simurq" rəsmilərindən ala bilmədiyi maaşı futbolçuya vermək istəyirik.
“Xəzər Lənkəran" azarkeşləri lap canımı boğazıma yığıblar, bu yazını bitirəndə yenə zəng elədilər. Dedilər ki, qardaş, keçmiş futbolçumuz üçün maaş əvəzi 17 manat 35 qəpik yığmışıq. Bir nəfər qutuya 5 tümən, yəni İran pulu, bir nəfər isə iki saqqız atıb. Cənublu futbol həvəskarları qəribə insanlardı... Qardaşlar, tutaq ki, Elnur Abdullayevə ürəyiniz yanır, kömək edirsiz. Bəs başqaları? Premyer Liqada pulsuz top qovanlara pul çatdıra bilərsiz? Ürəyinizi ağrıtmaqla, pul toplamaqla bu iş alınana oxşamır. Tək sizin ürəyinizin ağrıması ilə, qutuya atılan pulla bizim çempionat maraqlı olan deyil. Nəsə başqa işlər görmək lazımdı. Yoxsa, yenə çempionatımız Məleykə Əsədovanın oxuduğu mahnılar kimi maraqsız olacaq...
Etibar CƏBRAYILOĞLU, “Het-trik news” qəzeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |