Klublar təmirə dayandı

05.06.2015 | 14603 dəfə oxunub

Bu da bizim türklər demiş, sezon finalı. Daha bir futbol mövsümü bitdi. Çempionat bu dəfə canımızı ala-ala, özü can verə-verə finişə çata bildi. Mövsümün əvvəlində işlər yağ kimi gedirdi. Adam yatsa heç yuxusuna da girməzdi ki...

Təsadüfə bax ki, ölkədə əksər binaların üzlüklərinin dəyişdirilməsi sezon finalı ilə eyni vaxta düşdü. Son illər təkcə Bakıda deyil, digər şəhərlərimizdə binaların fasadları penoplast üzlüklərlə bəzədilirdi. İnsafən, kənardan baxanda pis görünmürdü. Lakin paytaxtın Binəqədi rayonunda baş verən faciəli yanğından sonra məlum oldu ki, penoplastın yalnız üstü bəzək imiş, içi isə...

İndi həmin bəzəkli binaların üzləri əlimyandıda penoplastdan təmizlənir. Hər gün bu mənzərəni görəndə milli Premyer Liqamız gözümün qabağına gəlir. Belə görünür ki, futbol çempionatımız da, klublarımız da üstdən penoplastla bəzənibmiş. “İnter"in yalnız adı, “Neftçi"nin ancaq yaşı varmış. “Bakı" elə Yaşar Seyidovdan ibarət imiş. “Simurq"un isə ümumiyyətlə, heç nəyi özünün deyilmiş. “Xəzər Lənkəran"ın da bircə azarkeşləri varmış...

Penoplastı sökülən klublarımız təmirə dayanıb. Amma hələ heç kim dəqiq bilmir ki, bu çətin xeyli pul tələb edən işi kim öz boynuna götürəcək. Kimdi ilin-günün bu vaxtındaİnter"in, “Simurq"un üzünü ağardan. “Neftçi" sökülüb təzədən yığılmalıdı, yəni təkcə təmirlə bitmir. Klubda gərək əməlli-başlı təmir-bərpa işləri aparıla.

Xəzər Lənkəran"ın taleyi həmişəki kimi fələkdən asılıdı. bahalı legionerlər, hapa-gopa basan yerlilər klubun dərdinə dərman oldu. Lənkəranın öz yetirmələrinin isəSimurq"dakı həmyaşıdlarına belə qalib gəlməyə gücləri çatmadı. Hələ mən başqa şeyləri çatmadı yaza da bilərdim...

Eşitdiyimə görə, “Xəzər Lənkəran"da təmir işləri bir az daha tez başlayacaq. Birinci elə baş məşqçini dəyişəcəklər. Klub rəhbərliyinin bu məsələdə fikri qətidən qətidir. “-yaşıl"ların bahalı rahat avtobusunda Elbrus Məmmədovun yerində oturacaq təzə adamın adı da artıq bəllidir. Yeni baş məşqçinin adını bu anda hələ dəqiqləşdirə bilməsəm sonuncu yerinin harda olduğunu öyrənmişəm. O, buna qədərSum-17" həvəskarlardan ibarət komandada top qovan futbolçuların maykalarına nömrə yazıb. Özü deyirlər ki, zalım oğlu bunu əla bacarır.

Klubda başlanacaq bu təmir işindən cənublu fanatlar yəqin ki, ilk günlər narazılıq edəcəklər. Yenə səs-küy, şüar-filan aləmi başına götürəcək. Rəhbərliyin isə öz arqumenti var, azarkeşlər narazılıq edən kimi deyəcəklər ki, sizin üçün fərqi var, elə böyük dəyişiklik olmayıb axı, Elbrus Məmmədov gedib, yerinə futbolkalara nömrə yazan gəlib ...

Şəxsən mənin üçün o qədər böyük fərqi yoxdu, bizim Məşədi İbad demişkən, o olmasın, bu olsun. Amma başqa məsələ yaman narahatlıq yaradır. ƏgərXəzər Lənkəran"da təmir işləri belə aparılacaqsa, görün digər klublarımız gündə olacaq. İşlər belə getsə, deyəsən üstü bəzəkli Premyer Liqamıza, penoplastlı klublarımıza hələ çox həsəd aparacağıq...


Etibar Cəbrayıloğlu,  Het-trik news” qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail