Zəfəran bilməyən uzunqulaq kimi olanlar... AZARKEŞ, DAHA STADİONA GƏLMƏ!
Hələ
Avropa Liqasında III təsnifat mərhələsinin cütlükləri bəlli olanda bildirmişdim
ki, turu keçməyə ən real namizəd “Qəbələ”dir. “İnter”in bəxtinə çıxan “Atletik”lə
başabaş mübarizə aparmaq bu komandanın başı üçün deyildi, insaf naminə. Ancaq
onlar başlarından da yuxarı tullanıb məğlub olmalarına rəğmən, İspaniya kubokunun
finalçısıyla sona qədər döyüşdülər.
“Qarabağ”la
bağlı ayrıca yazacam. Ancaq bəri başdan deyim ki, artıq o babanız ölüb. Qurban
Qurbanovun dirildib, sonra öldürdüyü komandanı təzədən diriltmək üçün azı 5 min
rükət namaz qılıb, dua edilməlidir ki, gələn transferlərin dəli hürüləri
oyansın, bəlkə komandaya faydalı ola bildilər. “Seltik”lə oyunlarda da bunu
gördük.
Ümid
“Qəbələ”yə idi. Var olsun Qəbələ klubu ki, bütün Azərbaycanı sevincə qərq etdi.
İlk oyunda yaşanan məlum bayraq qalmaqalından sonra isə sanki bu oyun bütün
ölkə üçün ən vacib işə çevrilmişdi. Hər kəs “Qəbələ”dən qalibiyyət,
ermənipərəst yunan tulaları olan kipirlilərin məğlub etməsini istəyirdi.
Şükürlər olsun ki, ötən gün Allah bizlərin dualarını qəbul etdi. İlk oyunda
olduğu kimi, bu dəfə də Cavid Hüseynovun penaltidən vurduğu qol “Qəbələ”yə
tarixi uğur qazandırdı. Komandamız “play off”a yüksəldi. Siravi azarkeşindən
tutmuş, klub rəhbərliyinə kimi, içi jurnalistlər qarışıq hamı ötən gün sevinirdi.
Hamı sevinc içində idi. Bayrağımızı təhqir edənlərin cəzasını artıqlamasıyla
vermişdik. Hə kəs sevinir, o bayrağa əl uzadanları cəzalandıran futbolçuları
alqışlayır, əllərini yüksəklərə qaldıraraq “Azərbaycan bir olsun, istəməyən kor
olsun” şüarları səsləndirirdilər. Amma yenə də, məmmədalısız ötüşə bilmədik...
Bu dəfəki məmmədalı, daha doğrusu paz isə Azərbaycan polisi oldu!..
Oyun
bitər bitməz stadionda asayişi qorumaq adıyla ora təşrif buyurmuş azarkeşlərə
hücum edən polislər, son günlərdə cəbhə xəttində atəşkəsi az qala hər saniyə pozan
erməniləri görmüş kimiydilər. Yox, yox, baqışlayın, mən bu polislərdə o
vicdanı, namusu görmürəm ki, erməni görsəydi, onu əlinə alıb 5-6 metr o tərəfə
atardı. Bunlar şalvarına batırardı...
Ancaq
o polis paltarı geynmiş vicdansız isə azyaşlı uşağı (təxmini 14-15 yaşlarında)
sanki əlinə balaca oyuncaq almış kimi qaldıraraq yerə çırpmaqdan heç də
çəkinmədi. Sanki onun namusuna əl uzatmış idi o azyaşlı... Bu qədər
vicdansızlıq olmaz axı!..
Dəyənəklərlə,
sillə-təpiklə döyülən o azarkeşlərin günahı nə idi? Niyə vəhşicəsinə onları
döyərək xəstəxanalıq etdiz?
Bayrağımıza
əl uzadanları alqışladıqları üçün?
Siz
ermənisiz, yoxsa bizimki?
İnsanda
az da olsa gərək mənəviyyat olsun. O polis paltarını geyinmisiz deyə hər şey
edə biləcəyinizi düşünməyin. O formanı sizə ona görə geyindiriblər ki, o
insanları qoruyasız. Daha heç kim sizə haqq verməyib ki, qorumalı olduğunuz
insanlara qarşı vandalizm, vəhşilik edəsiz!
Ağızına
çullu dovşan sığmayan AFFA baş katibi Elxan Məmmədov hara baxır? Ölkə futbolunun
başçısı olan Rövnəq Abdullayev niyə bir kəlmə danışmır bu barədə? Sizlərsiz
futbolun inkişafını istəyən?
Sizlərə
ancaq o kreslo lazımdır, o da sildiyiniz pullar üçün!..
Bu
Azərbaycan polisindən hər şey gözləyirəm. Onlar küçədə sivil etiraz aksiyası
keçirən hicablı ana-bacıların hicabına əl uzadırdısa, müqəddəs Quranı ayaqlar
altına alırdısa demək, bayrağında onlar üçün bir önəmi yoxdur. Bizlər bir
müsəlmanıq. Bizlər üçün əvvəl Allahın buyurduğu vacibatlar önəmlidir.
RəsulAllahın buyurduğu kimi “Vətəni sevmək isə imandandır”. Bu bayrağı sevmək
isə o imanın tərkib hissəsidir. Siz imansızlar isə Qurana, hicaba əl
uzatdığınız kimi, bayrağımızı uca tutanlara da əl silkələdiz.
İçinizdə
yaxşıları da var, amma imansızlarınız o qədərdir ki... İmanı olmayandan isə hər
şey gözləmək olar. O azarkeşi elə vəhşicəsinə döyən polis, sən, zəfəranın nə
olduğunu bilməyən uzunqulaq kimisən, hardan biləsən axı, bayraq nədir, ay
yazıq!
Sənin üçün, o bayrağın hər bir ilməsini ürəyində bir damar kimi hiss edən azarkeşi hec nəylə, heç bir varla müqayisə edə bilmərəm. O, o bayrağı ürəyinə salmış, sənsə onu ordan qoparmağa can atan düşmənsən...
P.S. Üzümü bütün stadionlara gələn azarkeşlərə tuturam, prinsipiniz olsun, daha gəlməyin stadiona! Nə qədər ki, şəxsən AFFA prezidenti Rövnəq Abdullayev bu işə qarışmayıb, sizin haqqınızı müdafiə etmir, gəlməyin tribunalara. Cəhənnəmə boş qalsın o tribunalar!
Siz gəlməyin, o futbol rəhbərləri bir neçə oyunu bom boş tribunlar qarşısında qalsalar, o zaman qədrinizi biləcəklər. Sizlərdə də bir qədər prinsip olsun. Stadiona gəl-mə-yin!
ELNUR
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |