Xan olar, Elxansız futbolumuz!
AFFA-nın eks mərhum prezidenti Ramiz Mirzəyev
çox yaxşı adam olub. Rəhmətliklə şəxsi münasibətim olmasa da, zamanında ona
sual verməkliyim olmuşdu. Cavabındakı səmimiyyətdən başa düşülürdü ki,
yalansız-falansız insandı. Hələ onun barəsində pis danışan bir adam da rastıma
çıxmayıb. Yaşadığı zaman yaxşı olub ki, öləndən sonra arxasınca danışan yoxdu.
Axi bu bizimkilər sevir ölənin dalına vedrə bağlamağı!..
Əl qərəz... Mərhum prezident yaxşı insan olsa
da, ölkə futbolunu bir paza keçirdib dünyasını dəyişdi. Futbolumuz isə hələ də
o pazdan xilas ola bilmir ki, bilmir. Bu pazdan danışmayacam. Pazdan danışmaq
yaxşı iş deyil. Birdə gördün, gedib ilişmisən o paza. Azərbaycan boydana ölkənin
futbolu bu pazdan xilas ola bilmir, bə sora mən neynərəm?!
Sözüm onda yox. Mövzum AFFA-nın baş katibi
Elxan Məmmədovdandır. Gözü 5 mərtəbə bina və milli komandalarla doymayan Məmmədov,
soxulcansız zadsız klubların ağızını tilovuna keçirməyə başlayıb.
Mədain xarabalığına çevrilən “Neftçi”ni Avropa
Liqasının qrup mərhələsinə kimi yüksəldən Sadıq Sadıqovdan qopardan Elxan Məmmədov,
xalqın komandasını yenidən bayquşxanaya çevirir. “Neftçi” yenidən xarabalığa
çevrilir. Elxan Məmmədovun sayəsində.
Bu baş katib özü azmış kimi, “Sumqayıt”ı da
urcah edib futbolun boynuna. Zinadan əmələ gələn bicbala kimi “Sumqayıt”ın da məqsədinin
məramının nə olduğu bilinmir. Ancaq Məmmədovun cibinə xidmət edir.
“Simurq”un dağılmasından sonra “İnter”i də ələ
keçirən Məmmədov, “bankirlər”lə yanaşı, Gəncənin “Kəpəz” klubunu da
kurasiyasına keçirib. Oranı isə mikasına tapşırıb. Ala mika hara, futbol
idaretməsi hara!..
Elxan Məmmədov çerez Tuyqun Nadirov “Xəzər Lənkəran”a
da nüfuz etməyə qadirdir. “Rəvan”la AZAL isə onun əlində heç nədir. “Zirə” təzə
yaranıb, hələ yollar axtarılır. Amma çətin barmağı girə ora!
Elxan Məmmədovun girə bilmədiyi cəmi iki klub
qaldı - “Qarabağ” və “Qəbələ”. Hazırda ölkədə ən böyük uğur sahibi hansı
komandalardır? Məhz bu iki klub. Niyə? Çünki Avropa Liqasının qrup mərhələsinə
vəsiqə qazanan bu iki komandaya Elxan Məmmədov barmaq edə bilmir. Kəmaləddin
Heydərovla Abdulbari Gözəl olan yerdə Elxan Məmmədov kimdir ki?!
Bu yazını heç də uzuna uzatmaq lazım deyil. Bu
Elxan Məmmədovsuz Azərbaycan futbolu çiçəklənər. Amma vaxtsız gəlib çiçəklərin
şirəsini sovuraraq onları qurudan arıya bənzəyən Məmmədov bir bəla olub, keçib
futbolumuzun başına. Bircə onu bilirəm ki, bu Elxan olmasa, futbolumuz xan kimi
yaşayar.
P.S. Elxan Məmmədov bəlasının Azərbaycan futbolundan əl çəkməsi üçün salavat
zikr edin!
P.S.S. Elxan Məmmədov “barmağının” Azərbaycan futbolunun üstündən götürülməsinin məhvinin nabud olması üçün salavat zikr edin.
Vüsal HACI
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |