Sizi aləm tanıyır...
“Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz
Abdullayev bir müddət idi gündəmdə yox idi. Harasa getmişdi, deyəsən. Lap
darıxmışdıq onun üçün. Bəs bizləri kim güldürsün? Təkcə Böyükağa Hacıyevlə iş
bitmir axı. Həmdə Hacıyev gülüş olsun deyə danışır. Ancaq Abdullayev bilmədən
danışaraq özünü gülməli ab-havaya salır, ətrafdakılar da gülümsəmədən keçə
bilmir.
Çingiz müəllim gəldi, yenə başladı. Sən
demə, bu kişi olmasaymış “Qarabağ”la “Qəbələ” Avrokuboklardan
uzaqlaşdırılacaqmış. Ölkə futbolunun lideri olan “Neftçi”ni “Sumqayıt”
səviyyəsinə salan bir klub rəhbəri ancaq bu yolla özünü aldada bilər. Çünki
“Qarabağ”la “Qəbələ”nin qazandığı uğur və qələbələrin fonunda Abdullayevin –
ölkənin ən güclü klubundan da uğur tələb edir azarkeş. Nə desin, neyləsin? Bir
yolla ona yönələn fikirlərdən qaçmalıdır axı. Ya da fikir yayındırmalıdır.
Məzən olsun, Çingiz müəllim.
Deyib ki, o olmasa imiş, sən demə, “Qəbələ”ylə qovacaqmış. Bu iki klub
rəhbərliyi, qanınızın arasına Çingüz müəllim girmiş, haberiniz yokmuş!.. )))))
Bizim də həmkarlarımız eləmədi tənbəllik, yazdılar Beynəlxalq Pen-Kluba.
Oranın da rəhbərliyi deyib ki, əşşi siz nə danışırsız, nə Çina, nə Çingiz, belə
adam tanımırıq. Kstati, Abdullayevin yalan danışması gecə ildırım çaxması kimi
hər kəsə göründü. Sonra da durub deyir ki, b məsələni araşdıran jurnalistlər
xaindir.
Atalar yaxşı deyib ha, utanmasan,
oynamağa nə var ki?! Oynayın, oynayın...
Abdullayev bu dəfə də Sadıq Sadıqovsuz
keçinməyib. Çingiz müəllim deyib ki, S.S “Neftçi” üçün çox iş görüb, amma
düzünü deməlidir ki, o, komandaya
gələndə “Neftçi”nin 3 milyon dollara yaxın borcu var imiş. Abdullayev düzgünlük
xatirinə danışdığın bildirsə də, əslində yalan danışır. Çünki onun dediyi o
məbləğdə borc Sadıq Sadıqovun yox, “Neftçi”nin sponsoru olan SOCAR-ın borcu
idi. Aylıq xərclərini döblət neft şirkətindən alan Bakı klubu 3 ay idi para
üzünə həsrət idi. Bu səbəbdən də komandada böhran yaranmışdı. Məhz aylarla pul
almayan futbolçuların meydanda can yadırmamağı nəticəsində “Neftçi” ötən
mövsümü titulsuz başa vurdu. Çingiz müəllim, bəlkə komandaya ayrılan pulu Sadıq
Sadıqov cibinə qoyun aparıbmış? Düzgün danışırsızsa, bunu da deyin də. Deyin
ki, sponsor 3 ay pul verməyib və komandanın borcu yaranıb. Sponsor həmin pulu
verdi və borclar da aradan qaldırıldı. Yoxsa komandanın 3 aylıq borcun siz öz
cibinizdən vermisiz?
Sizin kimi dünya şöhrətli bir adam da
belə yalanlar danışar? Axı sizi aləm tanıyır, məhşur adam, Çingiz müəllim.
Bu kişinin dərdi odu S.S-di. Çingiz müəllim, siz
dünya şöhrətli yazıçısız. Gedin, kitabınızı yazın. Dronqo da artıq sizdən
küsüb. Qısqanır sizi, deyir, futbola sarılmısız, ona vaxt ayırmırsız. Heç
bilirsiz qəlb qırmağın cəzası nədir? Gedin Dronqonun yanına. S.S hara, siz
hara?!
Yeri gəlmişkən, sizin kuruqun futboldan uzaq saxlamaq istədiyi Sadıq Sadıqov Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti təyin edildi. Bu, dövlətin S.S-ə olan güvəni idi. Ölkədə batmaqda olan cüdonun dirildilməsini məhz inanılan Sadıq Sadıqova tapşırdılar. Sizə isə ölkənin ən güclü klubunu həvalə ediblər. İndi o klubu günün günorta çağı samanlıqda fənərlə axtarırlar, “gördüm deyən” yoxdur.
P.S. Salam, Çingiz müəllim, necəsiz? Yəqin bilirsiz, xain adam həmişə elə zənn edir ki, hər kəs xaindir!..
Ümid BABA, Stadium.Az saytı üçün
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |