"Bakı" nın barını "Bakı"sız yeyirlər - YAZI

04.01.2016 | 18579 dəfə oxunub

Yaxın keçmişdə "Bakı" adlı klubumuz var idi. Yox, yanlış anlamayın, indi də var, amma o var başqa var idi ha. Həqiqətən. “Bakı” ölkə daxilində uğurlar qazansa da, Avropa səhnəsində bir nəticə əldə edə bilməmişdi. Amma bu komandanın Avrokuboklarda ilk “play off” oynayan komandamız olmasını da unutmaq lazım deyil.

Sözümün məcrasın dəyişməyim, o varda, Hafiz Məmədov var idi. O varda, Madrid "Atletiko”su və “Lans” kimi klublarla əməkdaşlıqlar var idi. Çempionluqlar var idi. O varda “Bakı”nın “Land of Fire Azerbaijan” brendi ilə Azərbaycanı dünyaya tanıtması var idi. O varda ölkədə bütün futbolçuların “Bakı”ya can atıb orda oynamaq istəməsi var idi. O varda ölkədə ən yaxşı baza və infrastruktura sahib, uşaq akademiyasına malik olan komanda var idi.

Saysam, daha nələr var idi, nələr.

Amma bir məqam var ki, o var, indi də var. Özü də o varlar arasında sonuncu yazdım ha, bax həmin varda var. Ancaq "Bakı"sız var. Söhbət "Bakı"nın Premyer Liqa klublarına səpələnən gənclərindən gedir. İllər öncə "Bakı" bu günlərin planlarını qurub o gəncləri öz akademiyasında yedirdib, içirdib, nə lazımdırsa əziyyətini çəkmişdi. Amma hər şey tam başqa cür oldu. Əslində, hər şey "Bakı" istədiyi və düşündüyü kimi oldu, amma "Bakı" özü var olaraq qalmadı. "Bakı" indi I Divizionda gün keçirsə də, o gənclər var olaraq qaldı. O gənclərin çoxu təkcə "Bakı"nın yox, həm də futbolumuzun bugünü oldu. Kaş ki, "Bakı" futbolumuzu düşündüyü qədər, kimlərsə də "Bakı"nı düşünə biləydi. O zaman futbolumuz "Bakı"nın barını "Bakı"sız yox, "Bakı" ilə yeyərdi. Amma yenə də gec olmadan bu qədər doğru bir yol seçmiş, ancaq o yolu sonuna qədər gedə bilməyən "Bakı"nı yoluna qaytarmaq olar. Bunun üçün isə ölkə futbolunun baronu cənab Rövnəq Abdullayev katibi baş Elxan Məmmədovun “Bakı”ya qurduğu “planın” üstündən bir qara xət çəkməlidir. Cənab baron, “Bakı” onsuz da sizin idi, gənc xanımların dünya çempionatında ayıbınızı örtən məhz Hafiz Məmmədovun “Bakı” üçün inşa etdirdiyi və təmənnasız sərəncamınıza verdiyi baza idi. O baza onsuz da sizing idi. Yoxsa, Hafka nə zamansa bazadan istifadə üçün sizdən icarə haqqı istəmişdi? Niyə bir əbləhin sözüylə, hiyləsiylə bu boyda bazaya, akademiyaya, infrastruktura sahib bir komandanı gözdən çıxartdız?

Ayılın, cənablar! Sizlərin ölkə futboluna vermək istədiyiniz, amma verə bilmədiyiniz xeyri "Bakı"çox qısa bir vaxtda verə bilmişdi. Yoxsa bunu həzm edə bilmədiz? Dərdiniz bu idi? Onda özgə gözündə qıl axtarınca, öz gözünüzdəki payanı çıxardın qoyun kənara. Bəlkə bir şey görə bildiz.  “Bakı”nın ölkə futbolu üçün etdiklərinin çox sağolu I Divizionda  oynamaq idimi? "Bakı"nın barını "Bakı" ilə bərabər yemək ümidi ilə  həmin o meyvələrə bir də diqqət edək. "Bakı"nın Premyer Liqa klublarında olan futbolçularına diqqət edək.

“QARABAĞ”

Mədətov Mahir - 1997-07-01
Mustafayev Vüqar - 1994-08-05
Ələsgərov Namiq - 1995-02-03

“QƏBƏLƏ”

Vadim Abdullayev

“NEFTÇİ”

Məmmədov Aqil - 1989-05-01
Hacıyev Rəhman - 1993-07-25

“XƏZƏR LƏNKARAN”

Rzazadə Elşən - 1993-09-11

“RƏVAN”

Bəybalayev Vüqar - 1993-08-05
Qürbətov Tural - 1993-03-01

“ZİRƏ”

Əhmədov Hacı - 1993-11-23
Novruzov Nurlan - 1993-03-03
Hüseynov Eltun - 1993-02-27
Ülvi Sülüymanov - 1996-01-06

“KƏPƏZ”

Kərimov Azad - 1994-10-31
Əliyev Şəhriyar - 1992-12-25
Nəsirov Budaq - 1996-07-15

Bəxtiyar Soltanov - 1989-06-21

KLUBSUZ

Elşad Manafov

Cənab baron, siz başqan olduqdan sonranın məhsuludur bunun hamısı. Hansı klubumuz sizin başqanlıq dönəminizdə ölkə futboluna bu qədər futbolçu verib? İnsaf da dinin yarısıdır deyirlər. Heç olmaya bu işin sizin üçün olan müsbət yönlərin düşünün. Və siz Elxan Məmmədovun canı düzün deyin, belə kluba qıymaq (keçirtmək) olarmı?

Xanoğlan İMANOV



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail