Ramin Musayev dedi və ... - YAZI
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin “Xəzər TV”də yayımlanan “Futbol Saatı” proqramındakı çıxışını xatırlamamış olmarsız. Musayev proqramda açıqcasına bildirdi ki, “Qarabağ”dan başqa Premyer Liqada çıxış edən 9 klubun onlara borcu var. Əgər bu komandalar borclarını ödəməsələr, həm yeni transferlərinə lisenziya verilməyəcək, həm də, hətta aktivlərindən xal(lar) da silinə bilər. Bundan sonra aləm qarışdı. Borcu olan komandalar müxtəlif üsullarla PFL başqanına təsir etməyə başladılar. Hətta bildirildi ki, PFL klublara belə cəza tətbiq etməyə qadir qurum deyil, bunu ancaq AFFA İntizam Komitəsi edə bilər.
Hətta, hətta AFFA da özünə yaxın saytlarda mənbəsiz, amma öz adından xəbər yazdırdı ki, PFL prezidenti səhv edir, belə şey ola bilməz.
Amma, amma sən saydığını say, gör Ramin Musayev nə edir!..
Bir qədər əvvəl isə AFFA öz saytı vasitəsiylə xəbər yayıb. Xəbərdə bildirilir ki, PFL İntizam Komitəsinə məktub ünvanlayaraq, Premyer Liqada çıxış edən klubların (“Qarabağ” FK istisna olmaqla) legioner futbolçular üçün nəzərdə tutulan üzvlük haqqı və cərimələrdən ibarət olan PFL-ə ödənilməmiş borclarının olduğunu və borcların son ödəmə tarixinin 29 yanvar 2016-cı il kimi qeyd olunduğunu bildirib.
İntizam Komitəsinin qərarı
Eyni zamanda PFL təyin edilmiş tarixə kimi borcunu ödəməyən klublara qarşı yeni (yerli və legioner) futbolçuların qeydiyyatını və hazırda heyətdə olan legioner futbolçuların növbəti turlarda iştirakına qadağa qoyulması ilə də İntizam Komitəsinə müraciət edib. Yuxarıda göstərilənləri nəzərə alaraq 29 yanvar 2016-cı il tarixinə kimi PFL-ə olan borcunu ödəməyən klublara qarşı İntizam Komitəsi aşağıdakı cəzaları tətbiq edir:
• yeni (yerli və legioner) futbolçuların qeydiyyatına qadağa qoyulsun.
• hazırda heyətdə olan legioner futbolçuların növbəti turlarda iştirakına qadağa qoyulsun (borc ödənilmədiyi tarixə kimi).
• Borcunu ödəmiş kluba qarşı cəzalar qüvvədən düşür.
Haqsız hesab edilən Ramin Musayev haqlı olduğunu, boş yerə söz demədiyini elə AFFA vasitəsiylə klublara sübut etdi, göstərdi. Qaydalar bir yana, AFFA-ya arxalanan klublara qarşı bu hərəkət bir güc göstərisidir sanki. Musayev sanki bununla AFFA-da kiməsə arxalananlara dedi ki, sizi bilmirəm, mən AFFA-da ən böyüyə arxalanıram, sözüm, sözdü!
Ramin Musayev dedi, etdi. Yəni bir daha göstərdi ki, boş yerə nəsə demir. Musayev adətən gülə-gülə danışır. Necə deyərlər, pambıqla baş kəsir. Elə bu dəfə də elə oldu, cammat onu “neprav” çıxartmağa hazırlaşırdı ki, baronluqdan gələn xəbər keflərə soğan doğradı. Musayev göstərdi ki, onun “Kalxoz”una tabe olmaq lazımdır. Day hər xırda işə görə “Şura Hkuməti”ni işə qatmaq lazım deyil.
Ümid BABA
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |