AFFA-ya deyin, bağlasın belini...
Nə gizlədim, adam lap təzədən evlənmək istəyir. İdman saytlarında yeni şadlıq evi-təzə Olimpiya Stadionu barədə yazılanları oxuyandan sonra dost-tanışı başıma yığıb toy eləmək fikrim gündən-günə daha da güclənir.
Futbolumuza cavabdeh olanların Allah canlarını sağ eləsin, idmanın gül kimi növünə elə toy tutdular ki, axırda o cür möhtəşəm Olimpiya Stadionundan
da şadlıq evi düzəltdilər. Düzdü, hələ ki, adı elə stadion kimi qalıb, yəni “Leyli və Məcnun" şadlıq sarayı demirlər. Amma nə bilmək olar...
Belə götürəndə “Nou Kamp"ı da şadlıq sarayı kimi yox, elə stadion kimi tanıyırlar. Lakin Messinin, Neymarın, Arda Turanın tər iyi meydançadan
çəkilməmiş orada toy-nişan mərasimləri keçirir, deyəsən heç pis də qazanmırlar. Bu dəqiqə vəziyyət elədi ki, qəpik-quruş da dərdə dərmandı.
Ola bilsin gənclər və idman nazirinə inanmayasınız, mənim isə sözümün doğruluğuna tam inana bilərsiz. Dostum Bəxtiyar iki il öncə İspaniyaya gedib dincələndə “Nou Kamp"a da baş çəkmişdi. Həmin gün “Barselona"nın oyunu olmasa da, dostum üçün darıxdırıcı
keçməmişdi. Bəxti gətirdiyindən stadionda keçirilən çal-çağır məclisində iştirak etmişdi. Meyvəli tortdan dadandan sonra bilmişdi ki, bu, elə-belə məclis deyil, Suaresin bacısı oğlu ilə Busketsin dayısı qızının göbək kəsdisidi.
Sözün açığı, “Nou Kamp" kimi bahalı yerdə toy eləməyə gücüm çatmaz. Dost-tanışa arxayın olub bizim Olimpiya Stadionunda
yaxşı məclis qura bilərəm. Hər halda ora dəvət etdiyim insanlar toya əliboş gəlməyəcəklər ki... İndi hamı bilir ki, “Səringül" şadlıq evində bir adamın xərci 100 AZN-di, o yekəlikdə Olimpiya Stadionunda havayı olmaz.
Stadiondakı menyü elə nəyə desən dəyər. Toyun əvvəlində masaların üstünə “Aut", “Ofsayt" salatları düzülür. Sonra isti yeməklər gəlir, “Penalti"
kababının dadı hamını valeh edir. Hələ kababın üstünə “Hakimlər Komitəsi" istiotu vuranda adam az qalır barmaqlarını yalasın.
İçkilər də göz qamaşdırır- “Çertaqanov" arağı, “Souza" viskisi, “Şükürov" çaxırı...
Toyun şirin yerində Səməd Səmədov guya oxuduğu mahnını yarımçıq kəsir, stadionda işıqlar sönür və məlum olur ki, meydana yeməklərin şahı - aş gəlir. Aşı da kim gətirsə yaxşıdı, rəqqasə Məryəm.
Səməd Səmədov fit çala-çala deyir ki:
Pəncərədən daş gəlir,
Xumar gözdən yaş gəlir.
Meydana aş gəlir.
Toyun sonuna yaxın “Qırmızı vərəqə" dondurması adamın ürəyinə yağ kimi yayılır. Tortu da künc nöqtəsinə yaxın yerdən gətirirlər. Nəsə fısqırıq bir şey.
Belə getsə, fikrim qətiləşəcək. Dost-tanışı Olimpiya Stadionuna yığacam. Dəvətnamənin üstündə yazılacaq şeiri də düşünmüşəm:
Yetişdi toy axşamı,
Durun, yandırın şamı.
Gəlinə bəzək vurun,
Gəlir FİFA adamı.
PFL tərifləsin bizim gəlini,
AFFA-ya deyin bağlasın belini...
Etibar CƏBRAYILOĞLU
“Het-trik news”qəzeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |