"Neftçi"nin "Xəzər Lənkəran"a çatmasına az qalıb...
Bizi həmişə şair xalq kimi tanıyıblar. Heç görmədim kimsə desin ki, Azərbaycan xalqı futbol oynayan xalqdı. Yəqin heç sizin də rastınıza çıxmayıb. Hətta Kamran Ağayevin Portuqaliya çempionatında penalti qaytarması da çətin ki, dünyanın bizə qarşı fikrini dəyişə.
O qədər şair xalqıq ki, tək günlər bəstəkar, cüt günlər müğənni olan Elza Seyidcahan da şeir yazır.
Bir əlim qabağımda,
Bir əlim dalımda...
Ötən gün Elza xanımın bu yeni şedevri ilə tanış olanda öskürmək məni necə tutdusa, az qaldılar üstümə “Təcili yardım" briqadası çağıralar. Şair xalqın yetirməsi kimi ömür sürməyin belə çətinlikləri olmaya da... Yoxsa bir para adamlar başlayıblar “xalq komandası", nə bilim, daha nələr... Ramil Diniyevin “Beloçka"dan qiymətli fitinə and olsun, adam tanıyıram ki, oğlu əmək təlimindən
“4" alan gün axşam restoranda 70 nəfərlik qonaqlıq təşkil edir, məclisdə 84 nəfər bəs deyincə yeyib-içir. Amma necə olur ki, “Xalq komandası" futbol oynayanda stadionda 14 tamaşaçı gözə dəyir?
Cəmi 8 klubun top qovduğu çempionatda “Neftçi"nin işləri heç yaxşı getmir, komanda turnir cədvəlinin zirzəmisindən çıxmağa çalışır. Zirzəmidən
aşağıda isə lap dərin zirzəmi - 1-ci divizion var. AFFA və PFL “Neftçi"nin həmin dərin zirzəmiyə düşməsini istəmirlər. Ağlınıza dərhal başqa fikir gəlməsin, “Neftçi" üçün ürəkləri yanmır e, sadəcə... 1-ci divizion dediyimiz yarışda SOCAR-ın o qədər komandası var ki, növbəti mövsümdən “Neftçi"də onlara qarışsa, basırıq olacaq. Lap aşağı divizion nöyüt iyi verəcək. Üstəlik, əvvəlki illərdən fərqli olaraq, indi hakimlərə də açıq-gizli tapşırıq verə bilmirlər. Zəmanə yaman xarab olub, hakimə bir şey pıçıldayan, göz-qaş atan kimi mətbuat aləmi qatır, referiləri bir həftə tənqid edirlər. Sonda nə olur? Heç nə, onda da Hakimlər Komitəsinə başçılıq edən Xaqani Məmmədovun işçiləri nöyüt iyi verir.
Ona görə də futbolumuzun başbilənləri gecə-gündüz, şənbə-bazar bilmədən baş sındırılar, “Neftçi"ni bu durumdan xilas etmək üçün yollar arayırlar. Klubun idarəçiləri isə baş sındıra bilmirlər, çünki mövsümün siftəsindən başları ağrıyır. Müşahidə Şurasının hörmətli sədri Çingiz Abdullayev
doğma ana dilimizdə tərtəmiz deyir ki, druzya, mən yazıçıyam, işim-peşəm mövzu axtarmaq, cümlə qurmaqdı. Baş məşqçi, futbolçu axtarmaq, problemlərdən çıxış yolu tapmaq mənlik deyil. Müşahidə Şurasının digər rəsmiləri də deyirlər ki, günah oyunçuların özlərindədi, əvvəllər yenə maşınla piyada vururdular, “Neftçi"nin adını belə hadisələrdə reklam edirdilər. İndi nə qol vura bilirlər, nə də adam...
“Kəpəz"i məğlub edəndən sonra görəsən klubda işlər qaydasında
gedəcəkmi? Bu sualın cavabını tapmaq ölkə kubokuna sponsor tapmaq kimi xeyli çətin məsələdi. Çempionatda yaranan fasilədən sonra klub düzəlsə nə yaxşı, düzəlməsə... Düzəlməsə, “Neftçi" öz əzəli rəqibinə çatacaq, “Xəzər Lənkəran" kimi dağılıb gedəcək. Klubun 14 azarkeşi də meyxana fikirləşməyə, şeir yazmağa məcbur olacaq.
“Xalq komandasının" tərəfdarları qoşulacaqlar şair xalqın sıralarına...
Etibar CƏBRAYILOĞLU
«Het-trik news»
qəzeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |