Xuliqan "Forza Neftçi"dir, yoxsa "Neftçi"nin baş məşqçisi?
"Qarabağ" ölkə kubokunun
yarımfinal mərhələsinin cavab
görüşündə "Neftçi" ilə qolsuz bərabərə qalaraq, ilk oyunda
qazandığı 2:0 hesablı qələbə sayəsində finala yüksəldi. Oyundan sonra yaşananlar isə tam bir xuliqanlıq idi.
Söhbət, konkret olaraq "Neftçi"nin baş məşqçisi Elxan Abdullayevin mətbuat
konfransındakı çıxışından gedir.
Adam, illərdi yağış, qar, soyuq demədən daim
komandanın yanında olan "Forza Neftçi" azarkeş qrupuna dil uzadaraq
onları xuliqan adlandırdı. Jurnalistin ona üznvanladığı "bu fikirlərinizdən
sonra sizə yönələcək təzyiqlərdən qorxmursunuzmu?" sualına "qəhraman"
cavabında " 15-16 yaşlı körpələrdənmi qorxacam" cavabını verdi.
Elxan bəy, 15-16 yaşlı körpə deyib təhqir etdiyiniz
azarkeş qrupunda, elə mənim tanıdığım, ömrünün 20-30 ilini "Neftçi"
üçün tribunalarda çürüdən stajlı "Neftçi" sevərlərin sayı N qədərdir.
Gözünüzdə körpə görsənən o insanlar
"Neftçi" üçün həyatlarından keçiblər. "Neftçi" tribunasını
öz evləri biliblər. Həbs demədən, pulsuzluq demədən, yorulmadan, usanmadan, hətta ac-susuz
belə "Neftçi" yollarında qalıblar.
Onlar bunu sizə görə yox, sevgisi ilə qəlblərində taxt quran "Neftçi"
üçün ediblər. Onların sevgisi, Sizin saxta iftiranız, təhqirinizlə nə azalandı,
nə də itən.
Onların klub uçun etdiklərini sadalamaqla bitməz. Bəs siz "Neftçi" üçün nə etmisiniz? Niyə bu sualı özünüzə vermirsiniz? Özünüzün özünüzə bu sualı verməyi cəhənnəm, bunu sizə ünvanlayan jurnalistlərə bir dəfə də olsun doğru-dürüst cavab verdiyiniz olubmu?
Əlinizi vicdanınıza qoyub doğru danışacaqsınızmı? Hər dəfəsində komandadan razı qaldığınızı, zamanla hər şeyin düzələcəyini deyirsiz. Hansı razılıqdan danışırsan ki, "Neftçi" son oyunda bir real qol epizodu yarada bilməyib. Komandaya gələndən sonra onlarla əcnəbini yola salıb, elə eyni sayda və hətta daha çoxunu gətirdiniz. Antalyada dillərə sığmayacaq təriflə toplanış keçirdiniz. Hazırladığınız komandanı "Qarabağ" gəzə-gəzə əzərək finala çıxdı. Büdcəsi büdcənizə yaxın belə düşməyən "Zirə"si, "Sumqayıtı" sizi əzib cədvəldə önə çixdı. Cavab verib təsdiqləməli, acıda olsa qəbul etməli olduğunuz məqamlar bunlar deyilmi? Əsl xuliqanlıq pulları havaya sovurub, amma bir qəpiklik nəticə verə bilməmək deyilmi? Əsl xuliqanlıq "Neftçi" ilə "Qəbələ", "Qarabağ" kimi klublarla yox, "Zirə" "Sumqayıt" kimi rəqiblərlə mübariz aparmaq deyilmi? Hörmət(siz)li Elxan, bəlkə elə əsl xuliqan "Forza Neftçi"də olanlar yox, məhz elə sizsiniz? Sadaladıqlarım buna dəlalət etmirmi? Unutma, uğura gedən yol bir neçə qapıdan keçir. Onlardan biri isə azarkeş tribunasının qapısıdı. Necə ki, zamanında bunu Sadıq müəllimi, Tahir müəllimi çox gözəl bilirdi. Amma siz o qapını üzünüzə bir də açılmayacaq formada çırpdınız. Amma çox çəkməz ki, "Neftçi" qapısı sizin üzünüzə çırpılar.
P.S. Məsəli "Forza Neftçi"dən uzaq, bax, burda deyiblər: Kor, kora, kor deməsə, ürəyi çatlar!
Xanoğlan İmanov
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |