Son gün gələn xəbər və gerçəkləşən ilk səfər... Bütün yollar Romaya aparır...
21 noyabr axşam saatları Vüsal Hacıdan (saytın redaktoru) şəxsimə belə bir ismarıc gəlir - "son gündü, sənədləri bu gün komandaya çatdır. Gedirsən Roma səfərinə".
Beləcə, jurnalistlərlə ilk xarici səfərim gerçəkləşmiş oldu.
Kolizeydən başlayan Roma ...
Romaya giriş "Fiumicino" hava limanından başlasa da, Roma üçün əsl başlanğıc qladiator və vəhşi heyvanların döyüş meydanı kimi tanıdığımız, bütün varlığı ilə tarix saçan, məşhur kolizeydir. 2 min illik yaşı olan abidənin daxilinə yaxşınlaşdıqca, sanki, ayaqları sən yox, hər daşı tarix qoxan abidə səni özünə çəkir. Saatlarla baxsan doymayacağın bu sənət əsərindən nə qədər yazsan, azdı, sözlə ifadəsi mümkün deyil.
Kolizeyə gedən yol hədiyyə dükanları, musiqi qruplarının ruha işləyən həzin musiqiləri bir növ gələn turistlərə xidmət idi.
Ümidi qəpiyə bağlayanlar ...
Başdan-başa tarix qoxan Romanın bu hissəsi də tarixi abidədən kənar qalmayıb. Trevi fantanı məhz bu yolun üzərindədir. Ziyarətçilər fantana qəpik atmağı da unutmurlar. Bunu etməkdə niyyət bir daha yenidən Romaya geri dönməkdir. Nə dərəcədə realdı, onu yalnız qəpik atanlar daha yaxşı bilər. Hər halda, bu da onların inancıdır. Bir növ bizim nəzir verməyimizə bənzəyir sanki...
Bakıya bənzər şəhər ...
"Əbədi Şəhər"in insanların istiqanlığı, əksər sürücülərin maşın sürmək, piyadaların piyada mədəniyyəti, bəzi küçələrdə zibil qutularının azlığı, bəzən isə tam olaraq yoxluğu, Bakını xatırladan məqamlardanıydı. Fərq isə Bakıda zibillərin yerdə olması, Romada isə ümumiyyətlə, olmaması idi
Gözlənilənlərin əksi ...
Roma deyəndə, futbolla bağlı ağıllara ilk gələn "Roma" - "Latsio" derbisi olsa da, görünür, Romalılar üçün bu rəqabət heç də biz düşündüyümüz həddə deyilmiş. Belə ki, şəhərdə bu rəqabəti hiss edəcək ciddi nələrləsə rastlaşa bilməzsiniz. Hətta vitrinləri, əzəli rəqiblərin yanaşı formaları ilə bəzəyən dükanlar belə vardı. Amma az da olsa formaların qiymətlərində fərq gözə çarpır. "Latsio" atributları daha bahadı. Qiyməti soruşduqda təbəssümlə cavab verən satıcılar da məqsədimizdən halı olduqlarını göstərmiş olurdular.
"Roma"da oyun günü belə futbol abu-havası yox kimi idi. Yalnız oyuna saatlar qalmış müxtəlif istiqamətlərdən, müəyyən qruplar şəklində stadiona axın edən azarkeşləri görmək mümkün oldu. Stadion tam dolmasa da, oyuna maraq qatacaq kifayət qədər azarkeş tribunada öz yerini almışdı. Son dəfə ÇL-in ruhunu onların heç də fantastik olmayan dəstəyi, "Qarabağ"ın növbəti əzimkar, şərəfli, mərd, bütün xoş sözlərə layiq oyunu ilə oxşayıb, qoxusunu ruhumuza hopdurub "Əbədi Şəhər"lə bərabər, həm də ÇL-lə xudahfizləşdik. Ki, Allah qismət etsin yenidən görüşək.
Beləcə, Londondan başlayan qızıl tarixin nöqtəsi "əbədi şəhər" Romada qoyuldu. İnanırıq ki, bu nöqtə Çempionlar Liqasının 2017-2018 mövsümünün bitməsi və növbəti ÇL-lər üçün abzas rolunu oynayacaq.
Qədim italyanlardan bir deyim var. Bütün avropada və planetdə özünə yer edən "Bütün yollar Romaya" aparır sözləri bizim üçün "Roma "Qarabağ" üçün son yol olmasın" arzusuyla vidalaşaq bu ÇL-la.
Xanoğlan İmanov
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |