"Pis günlər geridə qaldı" - Ruslan Abışov

24.01.2019 | 53337 dəfə oxunub

“Neftçi”nin kapitanı Ruslan Abışov klubun "YouTube" kanalına açıqlama verib.

Stadium.az xəbər verir ki, uzun müddət zədədən əziyyət çəkən təcrübəli müdafiəçi pis günlərin geridə qaldığını söyləyib:

“Zədəm çox ciddi idi. Açığı, heç vaxt gözləməzdim ki, karyeramda bu cür ciddi zədə alaram. Futboldur, bu, mənim başıma gəldi,yaşadım. Şükürlər olsun, artıq hər şey qaydasındadır. Pis günlər geridə qaldı. Məşqlərdə bacardığım qədər tam gücümü ortaya qoymağa çalışıram. Düzdür, bəzi çətinliklər var, bu da normaldır. Çünki hardasa 5 aya yaxın məşq etmədim. Öz təsirini göstərir. Yenidən əvvəlki formamı bərpa etmək üçün həm məşqçilərimiz, həm komanda yoldaşlarım, həm də həkimlər mənə böyük dəstək göstərirlər”.

Ruslan zədəli olduğu dövrdə ən böyük dəstəyi ailəsindən aldığını bildirib: “Təzə-təzə heyfslənirdim. İlk oyunlara çəliklə gəlirdim. Kənardan baxıb, çox pis hisslər keçirirdim. Sağ olsun ailəm, mənə ən böyük dəstəyi onlar verdilər. Dedilər ki, səbirli, rahat, sakit ol. Ondan sonra dostlarım, komanda yoldaşlarım mənə bildirdilər ki, hər şey yaxşı olacaq. Futbolçu hər tərəfdən özünə dəstək gözləyir. Bu cəhətdən məndə heç bir problem olmadı. Əksinə, bunu artıqlaması ilə gördüm. Azarkeşlərimiz də zəng vurur, öz dəstəyini göstərirdilər. Hər kəsə dərin təşəkkürümü bildirirəm”.
 
31 yaşlı müdafiəçi sonda komandasının Antalyada davam edən təlim-məşq toplanışını dəyərləndirib: “İndi hər şey qaydasındadır. Çətinliklər geridə qalıb, daha çox toplu məşqlər olur. Artıq yoxlama oyunları da oynamışıq. Vaxtımız azdır. Qısa müddət ərzində hər şeydən maksimum istifadə etməliyik ki, çəkdiyimiz əziyyətin bəhrəsini çempionat oyunlarında görək”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail