Hiddink: "Türkiyənin Azərbaycana uduzacağını düşünmək çətindir"

Hollandiyalı sabahkı oyun barədə danışdı

10.10.2011 | 5081 dəfə oxunub

AÇ-2012-nin seçmə mərhələsində sabah Azərbaycanla qarşılaşacaq Türkiyə milli komandasının baş məşqçisi Quus Hiddink bu gün keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

Stadium.az xəbər verir ki, hollandiyalı mütəxəssis Almaniyanın Belçikaya uduzmayacağını və hər şeyin öz əllərində olduğunu bildirib:

"Bu, seçmə mərhələdə son matçımız olacaq. Qrupda əsas rəqiblərimiz Almaniya, Belçika və Avstriya idi, buna görə də Azərbaycaycanı məğlub etməliyik. Əgər bunu bacarmasaq, deməli AÇ-yə də getməyə layiq deyilik. Almaniyanın Belçikanı məğlub edəcəyini düşünürəm. Ən azı əminəm ki, uduzmayacaq. Əgər belə olsa, bu, tam məntiqsiz bir nəticə olacaq. Ona görə də, hər şey özümüzdən asılıdır. Volkan Dəmirəl istisna olmaqla, bütün komanda bu oyuna hazırdır".

Hiddink Bakıda 0:1 hesabı ilə məğlub olduqları oyun barədə də danışıb: "Bu seçmə mərhələ bizim üçün sabit olmadı. Əsasən də, səfər matçlarında problemlər yaşadıq. Azərbaycana orijinal şəkildə yerinə yetirilmiş künc zərbəsi nəticəsində uduzduq. Onlar bir qol vurdular, ikincini də vura bilərdilər. Sabah rəqibə bu imkanı vermək olmaz.

Sabah kollektiv şəkildə oynasaq, istəyimizə nail olarıq. Komandada əsas problem taktiki intizamsızlıqdır. Təbii ki, bunda əsas günahkar baş məşqçidir. Türkiyə futbolunun əsas problemi oyunçuların emosional olmasıdır. Nə zaman belə hal olursa, onda bacardıqlarını edə bilmirsən. Məsələn, Azərbaycanla oyunda qol buraxdığımız epizodda hamı soyuqqanlılıqla öz işini görsəydi, qapımıza belə qol vurulmazdı".

Hiddink istefa barədə də açıqlama verib: "Azərbaycanla oyunda xal itkisi barədə düşünmürəm. Türkiyənin Azərbaycana uduzacağını düşünmək çətindir. Əlbəttə, bu, nəzəri cəhətdən mümkündür, ancaq praktiki olaraq çətindir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail