“Xəzər Lənkəran”ın tarixində 10-cu qapıçı

07.08.2012 | 6222 dəfə oxunub


Azərbaycan Premyer Liqasında 2012/13 mövsümünün startı daha 2 futbolçunun ilk dəfə “Xəzər Lənkəran” forması geyməsi ilə əlamətdar olub. Stadium.az klubun rəsmi internet saytın aistinadən xəbər verir ki, ilk turun “Rəvan”la səfər oyununda Orxan Sadıqlı və Ağabala Ramazanov Lənkəran təmsilçisində ilk rəsmi matçlarını keçiriblər.

 Bakıdakı qarşılaşmayadək 145 oyunçu “ağ-yaşıl” formada meydana çıxmışdı. Onlardan 89-u legioner, 56-sı yerli futbolçu idi. “Rəvan”la oyuna start heyətində çıxan Orxan bu siyahıya 146-cı kimi daxil oldu. Həm də 57-ci yerli futbolçu olan qapıçı indiyədək “Xəzər Lənkəran”ın qapısını qorumuş 10-cu qolkiper kimi tarixə düşdü. Ona qədər Kamran Ağayev 161, Dmitri Kramarenko 53, Aleksandr Martyoşkin 51, Mikayıl Yusifov 17, Milorad Koraç 14, Kamal Bayramov 7, Denis Romanovs 5, Ramiz Kərimov 4, Yevgeni Kopil 1 oyunda “Xəzər Lənkəran”ın “1 nömrə”si olub.

 “Rəvan”la qarşılaşmanın sonlarında oyuna daxil olan Ağabala isə komandanın tarixində 147-ci futbolçu oldu. O, bu siyahıya adını 58-ci azərbaycanlı kimi yazdırıb.

 Qeyd edək ki, mövsümün arxada qalan hissəsində daha 1 futbolçu “Xəzər Lənkəran”da debüt edib. Buna nail olan Ruslan Abışovun debütü Avropa Liqasında gerçəkləşmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail