“Simurq”un sabiq hücumçusu Rusiya çempionatında ilk qolunu vurdu

07.08.2012 | 4890 dəfə oxunub


“Simurq”un sabiq hücumçusu Robertas Poşkus yeni klubu olan “Sibir”in heyətində qol hesabını açıb. Stadium.az xəbər verir ki, Rusiya çempionatının birinci divizionunda “Sibir” bu gün beşinci turun oyunu çərçivəsində öz meydanında “Ximki”ni qəbul edir. Hazırda son dəqiqələri davam edən görüşdə hesab 1:0 “Sibir”in xeyrinədir. “Sibir”in qoluna da məhz Poşkus imza atıb. Litvalı forvard qarşılaşmanın 49-cu dəqiqəsində fərqlənib. Qol vurduqdan 13 dəqiqə sonra isə Poşkus əvəzlənib. “Sibir”in heyətində çıxış edən digər sabiq “Simurq”lu Vidas Alunderis isə meydana start heyətində çıxıb.

Xatırladaq ki, “Sibir”in çalışdırıcısı “Simurq”un sabiq baş məşqçi Sergey Yurandır. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail