İkinci olimpiya çempionumuz: “Nəhayət ki, arzuma çatdım”

12.08.2012 | 6791 dəfə oxunub


“Çox sevincli və həyacanlıyam. Qalib gəlmək istəyi məndə çox idi. Nəhayət ki, arzuma çatdım”. Stadium.az xəbər verir ki, bu sözləri XXX Yay Olimpiya Oyunlarında Azərbaycana ikinci qızıl medalı qazandıran Şərif Şərifov İTV-yə müsahibəsində deyib. Olimpiya çempionumuz döyüşləri arasında bəzilərini fərqləndirib: “Birinci və ikinci rəqiblərimlə mübarizəm daha çətin keçdi. Xüsusən də, amerikalı idmançı çox müqavimət göstərdi. Lakin mübarizə apararaq finala qədər yüksəlməyi bacardım. Olimpiya yarışı digər yarışlardan fərqlənir. Burada titulundan asılı olmayaraq, bir çox idmançı qələbələr qazanıb. Hər kəs qələbə qazanaraq, ölkəsinə medalla qayıtmaq istəyir. Olimpiya oyunlarında hər zaman çətin və gözlənilməz nəticələr də olur. Finaldakı rəqibim çox güclü idi. Onunla sona qədər mübarizə apararaq, qızıl medalı qazandım. Rəqiblərimin məndən çəkinib-çəkinmədiyini söyləyə bilmərəm”.

Ş.Şərifov gələcək planların haqda bunları deyib: “İl ərzində bu yarışmaya hazırlaşırdıq. Çətin məşqlər keçmişdik. Ona görə də özümdə yorğunluq hiss edirəm. İlk əvvəl yaxşıca dincəlmək haqda düşünürəm. Sonra yenə də hazırlıqlarımı davam etdirəcəyəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail