Olimpiya çempionlarımızı yaxından tanıyaq. Toğrul Əsgərov

12.08.2012 | 9013 dəfə oxunub


XXX London Olimpiya Oyunlarında Azərbaycana ilk qızıl medalı qazandıran sərbəst güləşçimiz Toğrul Əsgərov (60 kq) 1992-ci il sentyabrın 17-də Gəncədə anadan olub. Stadium.az xəbər verir ki, olimpiya çempionumuzun ilk uğuru 2010-cu ilə təsadüf edib.

O, həmin vaxt gənclər arasında dünya birinciliyinin finalına kimi yüksəlib. Eyni zamanda Avropa çempionu adını qazanıb. 1 il sonra isə yenə gənclərin dünya birinciliyinə qatılıb və burada fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

60 kq çəki dərəcəsində mübarizə aparan qəhrəmanımız 2010-cu ildə böyüklərin də dünya çempionatında qüvvəsini sınayıb və burada da gümüş medala sahib olub (55 kq çəki dərəcəsində). Bu il Avropa çempionu adını qazanan Əsgərov 2011-ci ildə Bakıda Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl qran-pri” beynəlxalq turnirinin final mərhələsinin bürünc mükafatçısıdır.

Toğrul Olimpiadaya Bolqarıstanın paytaxtı Sofiyada Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turnirində çempion olmaqla lisenziya qazanmışdı. O, Londonda isə müvafiq olaraq, Almaniya, Yaponiya, ABŞ və Rusiya güləşçilərinə gücünü göstərərək, 19 yaşında Olimpiya çempionluğu sevinci yaşayıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail