“Zenit”in qapıçısı Azərbaycanla oyundan imtina etdi

27.08.2012 | 4411 dəfə oxunub


“Zenit”in qapıçısı Vyaçeslav Malafeyev Rusiya milli komandasındakı çıxışını müvəqqəti dayandırmaq qərarına gəlib. Stadium.az xəbər verir ki, təcrübəli qolkiper bu haqda Rusiya Futbol İttifaqının prezidenti vəzifəsini müvəqqəti icra edən Nikita Simonyanı və millinin baş məşqçisi Fabio Kapellonu məlumatlandırıb. Malafeyev qərarını bundan sonra ailəsinə daha çox vaxt ayırmaq istəyi ilə əlaqələndirib: “Millidən imtina etmək həm insan kimi, həm də peşəkarlıq baxımından üzücüdür. Amma mən indi ailəmi daha çox düşünmək məcburiyyətindəyəm”. Malafeyev Rusiya millisində 2003-cü ildən çıxış edir.   

Xatırladaq ki, Rusiya millisi Dünya Çempionatı-2014-ün seçmə mərhələsində milli komandamızın rəqibidir. Azərbaycan millisi Rusiyaya qarşı ilk matçının oktyabrda səfərdə keçirəcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail