Böyükağa Hacıyev: "Onlar robot olsaydılar, proqram yazıb idarə edərdim"

26.10.2012 | 4317 dəfə oxunub

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Avroliqanın qrup mərhələsinin üçüncü turu çərçivəsində “Rubin”ə 0:1 hesabıyla uduzduqları oyundan sonra mətbuat konfransı keçirib.

- "Neftçi" niyə uduzdu?
- Rəqiblə müqayisədə “Neftçi”nin Avroliqada təcrübəsi azdı. “Rubin”in adı böyükdü. Xatırlayırsınızsa, “İnter”lə evdə ilk hissədə yaxşı oynamadıq. Ancaq ikinci hissədə futbolçular gözlərini açdılar və başa düşdülər ki, mübarizə aparmaq mümkündü. Onlara xəbərdarlıq etmişdim ki, ilk hissədə qol buraxmasaq, ikinci hissə bizim üçün daha asan olacaq. Bu gün əsasən orta xətdən razı deyiləm. Həm öz oyunlarını oynamadılar, həm də hücumçularını qolla “yemləmədilər”. 

- Mirhüseyn Seyidovun Araz Abdullayevlə əvəzlənməyi nə ilə bağlıdı? Araz start heyətində meydana çıxsaydı, daha yaxşı olmazdımı?
- Hər ikisinin cəmi 21 yaşı var. Seyidovla fərdi söhbətimiz olmuşdu. Özünə daha çox inanırdı. Buna görə start heyətində meydana buraxdım. Etimadı doğrultmayan kimi əvəzlədim. Bu zaman taktiki dəyişiklər etdik, Flavinyo oyun qurucusu kimi mərkəzə çəkildi. Meydana “qara işi” görən futbolçu yoxdursa, hamıya çətin olur.

- “Rubin”lə cavab oyunundan nə gözləyirsiniz?
- Proqnoz vermirəm, versəydim, evdə oturub totalizatorla məşğul olardım. Bunu edənlərin məşqçi lisenziyalarını əlindən alırlar. Onu deyə bilərəm ki, “Rubin”ə Bakıda daha çətin olacaq. Oyunda 1 qol imkanında ola bilər, ondan istifadə etmək lazımdır. “Rubin” isə çoxsaylı qol imkanlarından yalnız 1-dən istifadə etdi. 

- Flavinyo solda, yoxsa yarımmüdafiədə daha yaxşı təsir bağışladı?
- Onlar robot olsaydılar, proqram yazıb idarə edərdim. Flavinyo bir mövsüm yaxşı oynadı. 

- “Neftçi”yə daha bir hücumçu lazımdı. Bu, oyunda hiss olundu. Bütün yük Nikolas Kanalesin üzərinə düşdü. Başqa hücumçu niyə alınmadı?
- “Rubin”ə yaxşı tanış olan Bahodir Nasimov Almaniyada cərrahiyyə əməliyyatı olundu. Mənə dedilər ki, sentyabra kimi hazır olacaq. Ancaq onun qayıdışı uzun çəkdi. Yeni hücumçuya isə çox vaxt lazımdır ki, buna qədər bizim üçün Avroliqa bitəcək. 

- Yeryomenkonun oynamamağı sizi təəccübləndirdi?
- Tək o yox, Ryazanstev də oynamadı. Hər ikisi oynasaydı, bizə daha çətin olardı.

- Büdcəsi “Rubin”dən 15-20 dəfə az olan “Neftçi” Kazanı nə ilə təəccübləndir?
- Komandanın varlı olmağı yaxşıdır. Kim “Neftçi”nin varlı olmağını düşünürsə, yanılır. “Rubin”in aldığı Salomon Rondonun 10 milyon avro qiyməti var. Bu, “Neftçi”nin il yarımlıq xərcidir. Bu gün Qurban bayramıdır, and içirəm. 

- Məsciddə nə vaxt olmusunuz? Səsinizin nə vaxt tutulub?
- Səsim bizim əsas rəqibimiz “Xəzər Lənkəran”la səfər oyununda tutuldu. O vaxt rumıniyalı baş məşqçi Mirça Rednikin haqqımda dedikləri xoşuma gəlmədi. Onu Bakıda qəbul edəndə 5:0 hesabı ilə yendik. Onda o qədər qışqırdım ki, səsim tutuldu. Mən yalnız Bakıda, özü də cümə günü məscidə gedirəm. Hər gün Allahıma dua edirəm. Ondan çox razıyam. Üç ay qabaq Moskvada cərrahiyyə əməliyyatı olunduğum zamanı vəziyyətim çox pis idi. İndi yaxşıyam və Allahımdan razıyam. Kazanda məscidə getməmişəm. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail