Vüsal siftə, Sadiqlə Anar isə debüt etdi
Premyer
Liqanın 30-cu turu çərçivəsində "Kəpəz”in qonağı olan "Rəvan” məğlub
olsa da, oyun komanda üçün bəzi məqamlarla yaddaqalan oldu. Stadium.az xəbər
verir ki, 2 futbolçu əsas komandada rəsmi debüt edib.
Müxtəlif
səbəblərə görə "Dalğa Arena”dakı oyuna ciddi itkilərlə çıxan "Rəvan”
əsas heyətin 5 dəyişməz üzvünün yoxluğunda əsasən daha az oynayanlar və
gənclərlə mübarizə apardı. Çempionatlar tarixində 110-cu görüşünü keçirən
komandada əvəzedici heyətin 2 üzvü - 1993-cü il təvəllüdlü qapıçı Sadiq
Ramazanovla 1997-ci il doğumlu yarımmüdafiəçi Anar Həsənov debüt etdi. Sadiq
bütün matçı meydanda keçirdisə, Anar 86-cı dəqiqədə meydana çıxdı və artırılmış
vaxtı da nəzərə almaqla 8 dəqiqə oynadı. Bununla belə, qısa müddət ərzində o
özü haqda müsbət fikir formalaşdırdı. Hər halda, oyundan sonrakı mətbuat
konfransında baş məşqçi Ramil Əliyev gənclərdən məhz Anarın çıxışından razı
qaldığını söylədi. Qeyd edək ki, Sadiq və Anar Premyer Liqada "Rəvan”
forması geyinmiş uyğun olaraq 53-cü və 54-cü oyunçu oldu.
Zədə
səbəbi ilə cari mövsüm elə də çox oynamaq şansı qazanmayan Vüsal Qarayev isə
Premyer Liqada ilk dəfə start heyətində meydana çıxdı. Özü də oyunun sonlarında
fərqlənən "9” nömrə cari mövsümdə ilk qolunu vurdu. O, "Rəvan"ın
elitada mübarizə apardığı dövrdə fərqlənən 21-ci üzvü oldu. Qeyd edək ki, Vüsal
ötən mövsüm 9 matçda meydana çıxsa da, qol vura bilməmişdi. Hər halda, bu dəfə
"şeytanın qıçını qıran” Qarayev həm də komandanın qollu seriyasını 12
oyuna çatdırmasına yardım etdi. Bu qol eyni zamanda "Rəvan”ın Premyer
Liqada rəqib qapılarından keçirdiyi 80-ci top oldu. Ötən mövsüm 39 dəfə
fərqlənən komanda bu dəfə artıq 41 qol vurub.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |