"Xəzər Lənkəran" son səfərinə çıxır

13.05.2013 | 3885 dəfə oxunub

Premyer Liqanın XXXI turunda “Xəzər Lənkəran” “Sumqayıt”ın qonağı olacaq. Stadium.az xəbər verir ki, bu matç “ağ-yaşıllar”ın cari mövsümdə son səfər oyunudur. Çempionatın son oyununu evdə, kubokun final matçını isə neytral meydanda keçirəcək Con Toşakın yetirmələri son səfər sınağına da Bakıda çıxacaq. Buna səbəb “Gənclik şəhəri” təmsilçisinin ev oyunlarını paytaxtda keçirməsidir.

Premyer Liqada 2-ci mövsümünü başa vurmaqda olan “Sumqayıt”la 5 dəfə qarşılaşan "Xəzər Lənkəran" bu rəqiblə 6-cı qarşılaşmada üz-üzə gələcək. Əvvəlki 5 matçda məğlubiyyət nə olduğunu bilməyən “Xəzər Lənkəran” 2 qələbə qazanıb və 3 heç-heçə edib. Bu görüşlərdə “ağ-yaşıllar” 8 qol vurub və iki dəfə az - 4 qol buraxıb.

Ötən mövsüm hər 2 oyunda qalib gələn “Xəzər Lənkəran” cari çempionatda “Sumqayıt”a qalib gələ bilməyib. Səfərə ilk üçün yollanan komanda hər 3 oyunda rəqibi ilə “sülh”ə imza atıb.

2011/12    06.08.2011    çempionat    e     2:1
2011/12    03.03.2012    çempionat    s    3:0
2012/13    31.10.2012    çempionat    s    1:1
2012/13    03.03.2013    çempionat    e    2:2
2012/13    21.04.2013    çempionat    e    0:0



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail