"Qarabağ"ın oyununda təcrübəsiz hakim

27.07.2013 | 5730 dəfə oxunub

Avroliqanın III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində baş tutacaq "Qarabağ" - "Gefle" matçının hakimi müəyyənləşib. Stadium.az xəbər verir ki, matçı fransız referi Nikolas Rainville idarə edəcək. Fransız hakim 1982-ci il, martın 18-də Nim şəhərində anadan olub. 2006-cı ildən hakimlik etməyə başlayıb. 2007-cı ildən Liqa 2-nin, 2010-cu ildən isə Liqa 1-in matçlarına təyinat alır. Rainville 2013-cü ildən FİFA hakimi statusunu daşıyır. "Qarabağ" - "Gefle" oyununa qədər avrokuboklarda cəmi 1 görüşdə fit çalıb. Söhbət Avroliqanın ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində baş tutan "Ksanti" - "Linfild" görüşündən gedir. U-17-lərin seçmə mərhələsində 2 görüş idarə edən fransız hakim eləcə də bu il, fevralın 5-də baş tutan Lüksemburq - Ermənistan matçında fit çalıb. Yoxlama görüşü olan həmin qarşılaşma ermənilərin 0:1 hesablı yenilgisi ilə başa çatıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail