FİFA "Dənizlispor"u cəzalandıra bilər

27.07.2013 | 4263 dəfə oxunub

Azərbaycanlı futbolçular Arif İsayev və Saşa Yunisoğlunun şərəfini qoruduğu Türkiyənin birinci liqa təmsilçisi "Dənizlispor" klubu cəzalandırıla bilər. Stadium.az xəbər verir ki, əvvəllər komandanın şərəfini qoruyan legioner futbolçulara təxminin 2 milyon 450 min avro borcu olan komanda bu məbləği ödəməyəcəyi təqdirdə kluba transfer qadağası qoyula, xalı silinə və hətta aşağıya liqalara düşürülə bilər.

Bu barədə danışan klub prezidenti Süleyman Urkay bildirib ki, maaşlarını ala biləməyən sözügedən futbolçular FİFA və Beynəlxalq Arbitraj məkhəməsinə müraciət etdikləri üçün ödəniləcək məbləğ 8-10 dəfə daha da artıb.

Qeyd edək ki, “Dənizlispor” keçmiş futbolçuları Emil Angelova 76 min, Martin Horaka 442 min, Branimir Bajiçə 196 min, Valmir Ribeyroya 500 min, David Sillaya 466 min, Uesli Qonçalvesə 418 min ( 200 min avro ödənilib), İbrahim Banquraya 220 min və Erik Odhiamboya isə 221 min avro məbləğində pul ödəməlidir.   



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail