"İnter" - "Qarabağ" matçının statistikası

02.08.2013 | 5045 dəfə oxunub

Premyer Liqanın 1-ci turunun qarşıdan gələn “İnter” - "Qarabağ" görüşü hər iki komanda üçün sayca 30-cu olacaq. Stadium.az xəbər verir ki, bunadək komandalar bir-birilə 29 dəfə qarşılaşıb, 26 oyun çempionat çərçivəsində keçirilib və 3 görüş isə kubokun payına düşür. “İnter” rəqibini 9 dəfə məğlub edə bilib, “Qarabağ” isə 10 qələbəylə fərqlənib, qalan 10 matçda tərəflər meydandan sülhlə ayrılıblar. Vurulan topların fərqi "Qarabağ"ın xeyrinədir- 24:22.

Komandalar ilk dəfə 2004-cü ilin noyabr ayında çempionat çərçivəsində üz-üzə gəlib. Həmin görüş 3:1 hesabıyla ağdamlıların xeyrinə başa çatıb. “İnter” və “Qarabağ” qarşıdurmasında ilk qolun müəllifi rəqibin forvardı Vadim Vasilyev olub və o, bu qolu penalti zərbəsindən vurub.

Xatırlardaq ki, ötən mövsümdə komandalar dörd dəfə qarşılaşıblar, ilk oyunda 1:1 hesablı heç-heçə ilə başa çatıb. İkinci qarşılaşmasa qolsuz bərabərliklə yekunlaşıb, üçüncü oyunda ağdamlılar 3:2 hesablı qələbəyə seviniblər, dördüncü görüş isə yenidən heç-heçə ilə yadda qalıb - 0:0.

“İnter” - “Qarabağ” oyunlarında ən populyar hesab 1:0-dır. Belə nəticə 29 oyunun 15-də qeydə alınıb. Maraqlıdır ki, qarşılaşmaların tarixində darmadağın hesab qeydə alınmayıb, yalnız iki dəfə komandalara bir-birini 2 top fərqilə qalib gəlmək müyəssər olub.

Azərbaycan Çempionatında "Qarabağ"a qarşı keçirilən  ev oyunlarında “İnter” üstünlüyə malikdir. Belə ki, 13 qarşılaşmada komanda 6 dəfə rəqibini məğlub etməyi bacarıb. 5 oyun heç-heçə başa çatıb və 2 dəfə ağdamlılar qələbə qazanıblar. Bu qarşılaşmalarda top fərqi “İnter”in xeyrinədir - 11:7.

Qeyd edək ki, "İnter" - "Qarabağ” matçı avqustun 4-də keçiriləcək. Görüş saat 20.00-da başlayacaq.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail